Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərə qəbul planı artırılıb
Tarix: 24.05.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu il 48 min 506 abituriyentin ali məktəbə qəbul olma şansı var

"2019-2020-cu tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 faiz artım nəzərdə tutulub". Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, bu ilki qəbul planında 48 506 nəfərlik yer ayrılıb.
Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunlarının bu il ali məktəbə qəbul şansı çox olacaq: "Adətən qəbul planının dolma göstəricisi 90 faiz olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".
Məlumat üçün bildirək ki, Azərbaycanda ali məktəblərə qəbul planı ilbəil artırılır. Məsələn, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin 42 669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42 804 abituriyent iştirak edib. Onlardan 36 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Həmin abituriyentlərdən 11 775 nəfər dövlət sifarişi əsasında, 24 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi. Eyni zamanda, I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37 faiz idi. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36 424) vakant yerlərin sayı 3 663 (10.06 faiz), özəl ali təhsil müəssisələrində (qəbul planı 6 245) isə 2579 idi. (41.30 faiz).

2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılmışdı. Amma abituriyentlərin yerləşdirilməsi nəticələrinə uyğun olaraq qəbul planı (II mərhələdən sonra) 83.31 faiz dolmuşdu. Belə ki, müsabiqədə iştirak etmiş abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Onlardan 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi.
Eyni zamanda, statistik məlumatlara əsasən, 2016-cı ildə ali məktəblərə qəbul planı 3 051 yer artırılmışdı. Artan yerlərin cəmi 497-si və ya 16 faizi ödənişsiz (dövlət sifarişli yerlər), 2554-ü və ya 84 faizi pullu idi. Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi (1221 yer) ödənişsiz nəzərdə tutulmuşdu.

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi (DİM) bütün ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb. Həmin şərtlərə əsasən, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.
Bu qrup üzrə bəzi ixtisaslara və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır. Azərbaycan Dövlət Aqrar Universitetinin «Aqromühəndislik», «Balıqçılıq və balıqçılıq təsərrüfatı işi», «Meşəçilik», «Aqronomluq», «Zootexniklik», «Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi» ixtisasları və Naxçıvan Dövlət Universitetinin «Torpaqşünaslıq və aqrokimya» ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılırlar. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Bu qrupdakı bəzi ixtisaslara və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılırlar.

III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılırlar. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.
Bu qrupdakı bəzi ixtisaslara və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılırlar.

IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Bu qrup üzrə də bəzi ixtisaslara və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılırlar.
Azərbaycan Dövlət Aqrar Universitetinin «Baytarlıq», «Su bioehtiyatları və akvabitkilər», «Ekologiya», «Əczaçılıq» ixtisasları və Naxçıvan Dövlət Universitetinin «Baytarlıq» ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019