Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxda oxla öldürülmüş 5 insan skeleti tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 24.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapıldı. Hafta.az yazır ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbrlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.


Arvadı iftara yemək bişirmədiyi üçün polisə şikayət etdi


İşdən evə gəlib xanımının iftar üçün xörək bişirmədiyini görən küveytli kişi bununla bağlı şikayət ərizəsi verməklə polisləri şoka saldı. Hafta.az-ın xarici İslam saytlların istinadla verdiyi xəbərdə belə deyilir. Kişi arvadının onun əsas insani haqlarını pozduğunu iddia edib. O bildirib ki, xanımına uzunmüddətli işdən və orucdan sonra evdə yeməyə haqqı olduğunu xatırlatsa da, faydası olmayıb. Buna görə də polisə müraciət etmək qərarına gəlib. Bu cür şikayətlə ilk dəfə rastlaşan polislər başıbəlalı ərə arvadının əməlində cinayət tərkibi olmadığından onun ərizəsini qəbul edə bilməyəcəklərini başa salıblar.


Məhəmməd Salah təyyarənin döşəməsində yatdı


Müsəlman futbol ulduzu Məhəmməd Salah sosial şəbəkə istifadəçilərini əyləndirən növbəti davranışıyla diqqət mərkəzinə gəldi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, komanda yoldaşı Aleks Oksleyd-Çemberleyn təyyarə ilə uçuş zamanı Salahın hava gəmisinin göyərtəsində mürgülədiyi kadrları lentə alaraq “Tvitter”də yerləşdirib. Başının altına yastıq qoyub odeyala bürünmüş futbolçu yoldaşlarının gülüş səsini eşitdikdə oyanır və gülümsəyir. “Lap körpə uşaq kimi yatıb” –deyə Aleks şərhində yazıb.


Sabirabadda kişi balıq tutarkən öldü


Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən öldü. Hafta.az yazır ki, ONA-nın yerli bürosundan verilən məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Polis meteorit və yadplanetlilərlə bağlı paylaşım etdi


Cənubi Avstraliya polisi keçən həftə Mount Gambier şəhəri yaxınlığında düşən metereoitin təhlükəsizlik kamerasına yansıyan görüntülərini paylaşdı. Polis paylaşdığı görüntüyə "xalqım, yadplanetlilərə diqqət edin"- açıqlamasını verib. Hafta.az xəbər verir ki, bu haqda Metbuat.az məlumat yayıb. Cənubi Avstraliya polisi deyib ki, Gambier dağındakı təhlükəsizlik kameramız bu qeyri-adi atəş topunu çərşənbə axşam 22:46-da qeyd edib. Polis əhalini yadplanetlilərlə bağlı daha diqqətli olmağa çağırıb və hər hansı şübhəli məqama rast gəldiklərində polisə bildirmələri barədə xəbərdarlıq yayıb. Polisin bu paylaşımı bir çox sosial media izləyicisi tərəfindən komik hesab edilib.


Təyyarədə dava salan adam öldü


Moskva- Simferopol reysi ilə uçan və təyyarənin göyərtəsində dava salan 32 yaşlı kişiyə görə hava gəmisi “Domodedovo” hava limanına qayıtmalı oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, xuliqanlıq edən kişi təyyarədən endirilib. Yerə endirildikdən sonra həmin şəxs ölüb. Verilən məlumata görə, həmin şəxs təyyarədə özünü çox aqressiv aparıb, bağırıb, əşyaları yerə çırpıb, bunun nəticəsində dava düşüb və onun başını yarıblar. Bu səbəbdən də “Red Wings” şirkətinə məxsus təyyarə hava limanına qayıtmalı olub. Aeroportda təyyarəni tibb işçiləri və polislər qarşılayıb. Panika içərisində olan sərnişinə ilkin yardım göstərilib. Həkimlərin dediyinə görə, onun iki dəfə ürəyi dayanıb. Yardımlara baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019