Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “avtomobilşünas deputatı” - HƏFTƏ REYTİNQ
Tarix: 24.05.2019 | Saat: 19:40:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Deputat Çingiz Qənizadə avtomobillərdə pərdə problemindən danışdı: “Vaxtilə avtomobillərin yan şüşələrinə pərdələrin vurulması ilə bağlı qərar qəbul edildi. Sonra o qərarı "yay mövsümündə pərdə olsun, amma qış mövsümündə olmasın" şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə pərdədən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, iki yan güzgü olduqda, arxa şüşələrin pərdə ilə örtülməsi sürücünün öhdəsinə buraxılmalıdır. Amma ölkədəki bu qərar əslində insanları inzibati qaydada cəzalandırmağa yönəldilmiş bir addımdır və o pərdələrin də deyilən vaxtda qaldırılmamasına görə 100-150 manat cərimə nəzərdə tutulur. Azərbaycan sürücülərinin, hətta sürücü olmayan, maşında gedən azyaşlı uşaqların, qadınların mənasız yerdə əziyyət çəkməsinə və sürücülərin də DYP ilə qarşı-qarşıya gəlməsinə şərait yaradan bu amil aradan götürülməlidir”. Ç.Qənizadə bunun turizmin inkişafına da problem yaratdığını deyib: “Turist Azərbaycanın hər hansı bir regionuna səfər etmək istəyir, aprelin 30-da sürücü onu xəbərdar edir ki, təhlükəsizlik üçün pərdəni qaldırmaq olmaz, amma sabah qaldıra bilər. Bu da turistdə çaşqınlıq yaradır”.


Həftənin “doğum günü sevəri”


Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının ad günü oldu. “Bu gün ən maraqlı, yadda qalan təbriki kimdən aldınız? İlk təbrik edən kim oldu?” sualına o, belə cavab verib: “Bütün təbriklər gözəldir. O qədər ürək sözləri yazılar ki... Hamıya minnətdaram. Bəzilərinə tək-tək cavab verməyə çalışıram, qalanlarına birlikdə təşəkkür edəcəm. Bütün təbriklər gözəldir, ən ucqar, ən uzaq yerlərdən təbriklər almışam. Mənim üçün çox xoş olur ki, gecə saat 12-də övladlarım sıraya düzülürlər ki, ayın 20-nə keçən dəqiqələrdə birinci kim təbrik edəcək. O cəhətdən ailədən təbrik almaq çox gözəldir. Mənim üçün ən gözəl təbrikləri hər zaman Tənzilə xanım yazır. Ən içdən, ən ürəkli təbrikləri o yazır...”.

 

Həftənin “bayraqsevər müğənnisi”


Müğənni Elnur Məmmədov yeni klipinin çəkilişi zamanı lentə alınan fotoları sosial şəbəkədə paylaşdı. Onun bayrağı əks etdirən kostyumu birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənnini bayrağa hörmətsizlik etməkdə ittiham ediblər. E.Məmmədov tənqidlərə dözməyərək, şərh bölümünü bağlayıb.


Həftənin “quyruqlu adamı”


Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olundu. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda quyruq əməliyyatla götürülüb. Bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat açıqlayıb. Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib: “Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin gündəlik geyimlərlə bağlı çətinlikləri vardı”. Həkim bildirib ki, bu vəziyyətə yeni doğulanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır: “Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib.


Həftənin “abituriyenti”


Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə etdi. Şagird ona verilən bütün suallara tam düzgün cavab yazaraq maksimum nəticə - 400 bal toplayıb. Qeyd edək ki, T.Muxtasanov bu qrup üzrə ən yüksək nəticə əldə edən yeganə abituriyentdir.


Həftənin “azərbaycanlı natiqi”


Londonda dünyanın 39-cu ən böyük natiqlik yarışması baş tutdu. Yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar. Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi Adil Qafarlı təmsil edib. “Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Lies that tell the truth” başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb.


Həftənin “azərbaycanlı meri”


Marneulidə keçirilən növbədənkənar icra başçısı seçkisinin nəticələri hesablandı. Bu ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda qeyd edilib ki, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun yeni icra hakimi vəzifəsi uğrunda mübarizədə Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı qalib gəlib. Onun ümumi səslərin 78,6 faizini topladığı bildirilib.


Həftənin “azərbaycanlı zavod direktoru”


Rusiyanın “Ford Sollers” BM birgə müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun Baş direktoru təyin olundu. O, bu vəzifədə “Sollers”in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib. V.Şvetsov isə A.Şirinovu “Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biri” kimi dəyərləndirib. “Zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulyanovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarının və səmərəsinin artacağına şübhə etmirəm”, – “Sollers” rəhbəri vurğulayıb. Qeyd edək ki, 1999-2002-ci illərdə “Foerd Motor Company”də çalışmış 1964-cü il təvəllüdlü A.Şirinov “Sollers”dən əvvəl “RusPromAuto” ASC-də satınalma direktoru vəzifəsində işləyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019