Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Boz çöllüyü xatırladan istirahət parkı - REPORTAJ
Tarix: 24.05.2019 | Saat: 20:00:00
Bölmə:Reportaj | çapa göndər

Son vaxtlar paytaxtda abalıq , təmizlik işlərinə, eləcə də yaşıllıqların salınması və onların qorunub saxlanmasına nəzarət daha da gücləndirilib. Təəssüflər olsun ki, Bakının elə yerləri var ki, bu işlərdən uzaq düşüb.

Belə ərazilərdən biri də Nizami rayonu, “Səkkizinci kilometr” qəsəbəsi,Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyaslna yaxın olan yaşayış evlərinin həyətlərində vaxtilə salınmış parklardır. Adıçəkilən prospektdə yerləşən 96, 92”A”və 94 saylı binaların həyətində salınmış park məhz belə ərazilərdəndir. Həmin binaların həyətini alaq otları cənginə alıb. Təxminən bir metrə qədər uzanmış alaq otları tamamilə quruyub. Yaşıllıqlara baxan da yoxdur.


Müslüm adlı sakin 96 saylı bunada yaşadığını söylədi. Onun söğzlərinə görə, binalarının həyəti baxımsız qalıb: ”Bu park on il bundan əvvəl salınıb. Sakinlərin istirahəti üçün parkda hər cür şərait vardı, hətta uşaqların oynaması üçüb futbol meydançasına kimi salınmışdır. Bulağa kimi tikilmişdi. Baxımsızlıqdan park dağılıb getdi. İki ay bindan öncə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin işçiləri gəlib hündür ağacları budamaq əvəzinə, bir neçəsini kökündən, digərlərini isə təxminən 2 metr hündürlüyündə gövdəsindən kəsib yerə atdılar. Dibləri bellənilmədiyindən və sulanılmadığından artıq kəsilmiş ağaclar qurumağa başlayıb. Qurumuş ağacların yerinə isə ağac əkilmir. Hələ də ərzidə quru ağaclar var, yıxılmaq təhlükəsi üzrədir, hər an həyətdə oynayan uşaqların üstünə düşə bilər. Əvvəllər su xətti vardı, vaxtlı-vaxtında ağaclar suvarılardı. Elə ki, su xətlərini kəsib atrıdılar, o gündən də yaşılıqların qara günləri başladı. Ərazi natəmizlik içindədir. Oturacaqlar tamamilə sınıb.

Bir balaca külək olan kimi toz mənzillərə dolur. Sakinlər məcbur olub köhnə taxta parçalarından oturacaqlar düzəldiblər. Neçə ildir ərazi süpürülmür. Hər tərəf məişət və digər tullantılarla doludur. Yaşadığımız binanın zirzəmisi natəmizlik içindədir. Kanalizasiya xətləri çürüyüb sırdan çıxdığından sakinlər məcbur olub binanın çöl divarı ilə nazik plasmas borularla mənzillərinə kanalisaziya xətti çəkiblər. Əraziyə Nizami rayon MKTB 26 saylı Mənzil Kommunal İstismar Sahəsi və Nizami Bələdiyyəsi nəzarət edir. MKİS zibil pulu , Bələdiyyə isə əmlak, vergi pulu yığmaqla məşğuldur. Hər il Bələdiyyə və MKİS-nə pul ödəyirik. Bunun müqabilində bir iş görən yoxdur. Bir dəfə də olsun Bələdiyyə sədri bizim əraziyə gəlməyib. Heç adın da bilmirik. Bütüb rayon rəhbərləri qəsəbələrə çıxıb sakinlərlə səyyari görüşlər keçirir, amma Nizami RİH-nin rəhbərliyi isə bir dəfə də olsun biz yaşadığımız ünvana gəlməyib. İcra hakimiyyətinin binası heç də uzaqda deyil”.


Aydə adlı sakin 94 saylı 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşadığını dedi: ”Binamızda liftlər işləmir. Bir ildir ki, onu təmir edən yoxdur. Kanalizasiya suları dolduğundan sözügedən binanın zirzəmisi çirkab içindədir. Antisanitariya yuvasına çevrilib. Binanın dam örtüyü təmir olunmadığından yağış suları liftin üstünə və divarların dibi ilə mənzilimizə axır. Şikayətimizə isə baxan yoxdur. İnanırıq ki, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov bizim yaşadığımız binanaların və həyətlərinin mövcud durumu ilə maraqlanacaq, abadlıq , təmizlik və təmir işlərinin aparılması istiqamətində öz köməkliyini əsirgəməyəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019