Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Argentinanın milli günü qeyd olunub
Tarix: 24.05.2019 | Saat: 22:39:00
Bölmə:Siyasət | çapa göndər

24 May tarixində Azərbaycandakı Argentina Səfirliyi İlk Milli Hökümətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib.

Hafta.az Azərbaycandakı Argentina Səfirliyinə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri, cənab Serxio Perez Gunella çıxış edib və iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.

Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri, cənab Fərid Abdinbəyova verib. Öz novbəsində, cənab Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibətiylə təbrik edib.

Tədbirdə Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirləri, yerli Hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Ziyafətdə həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

Aşağıda sizə Argentina Səfirinin çıxışını hər iki versiyada təqdim edirik: ingilis və Azərbaycan dillərində.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019