Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın bəzi ərazilərinə yenə dolu düşüb
Tarix: 25.05.2019 | Saat: 12:18:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın 17%-i), Tərtərdə 17 mm (aylıq normanın 33%-i), Ağdərədə (Ordubad) 12 mm, Göygöldə 9 mm, Astarada 7 mm, Balakəndə 6 mm, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5 mm, Kürdəmirdə 4 mm, Cəfərxan, Ceyrançöl, Zaqatala, Naftalanda 3 mm, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2 mm, Şərur, Yevlax, Sabirabad, Salyan, Qazıməmməd, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 mm olub.

Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13 mm, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 mm dolu düşüb. 

Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın yaranıb.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Ağdamda 20 m/s, Şahdağda 16 m/s -dək güclənib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019