Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputatlarımız Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
Tarix: 25.05.2019 | Saat: 20:18:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-dək Qırğızıstanın Bişkek şəhərində səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq. Gündəlik təsdiq edildikdən sonra “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusunda müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.

Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi və gündəliyi də müzakirə olunacaq. Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr edilən fotosərgi ilə tanış olacaqlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019