Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kərəm Həsənov rayonlarda vətəndaşları qəbul edib - FOTO
Tarix: 25.05.2019 | Saat: 20:44:00
Bölmə:Sosial | çapa göndər

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciət və təkliflərini dinləmək, problemləri ilə daha yaxından tanış olmaq və operativ həll etmək məqsədilə Şəki, Qax və Zaqatala rayonlarında vətəndaş qəbulu keçirib.

ƏMDK-dan hafta.az-a bildirilib ki, komitə sədri Kərəm Həsənov mayın 25-də Şəki rayonunda vətəndaşları qəbul edib. Elə həmin gün komitə sədrinin müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşüb.

Komitə sədri K.Həsənov və müavinləri tərəfindən qəbula gələn vətəndaşların bütün müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Müraciətlərin ən qısa zamanda həlli ilə bağlı müvafiq struktur bölmələrinin rəhbərlərinə birbaşa tapşırıqlar verilib. Bildirilib ki, göstərilən xidmətlərdə vətəndaşlara yüksəksəviyyəli və layiqli münasibət göstərilməli, hər bir vətəndaşın müraciəti operativ və əhatəli formada cavablandırılmalıdır.

ƏMDK-nın struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbullarda ünvanlanan müraciətlər daşınmaz əmlakın qeydiyyatı, torpaqların faktiki istifadə qaydaları, ölçülərinin müəyyən olunması ilə bağlı olub. Eyni zamanda, dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak kimi məsələlərə dair müraciətlər də səsləndirilib. Bəzi müraciətlər elə qəbul zamanı öz müsbət həllini tapıb. Bölgələr üzrə keçirilən qəbullarda komitənin səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb, müvafiq qurumlara göndərilməsi ilə bağlı vətəndaşlara məlumat verilib.

Komitənin fəaliyyəti ilə bağlı məlumat verən K.Həsənov bildirib ki, ölkə əhalisinin göstərilən xidmətlərdən əlçatan və rahat formada istifadəsi üçün səyyar kampaniyalar təşkil edilir. Belə ki, mobil torpaq laboratoriyaları vasitəsilə torpaqların münbitliyini və səmərəliyini birbaşa sahələrdə öyrənmək mümkündür. Bunun üçün səyyar ofislərdə müasir imkanlar yaradılıb.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası çərçivəsində vətəndaşlara çevik formada, bilavasitə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilir, sənədlər toplanır. Komitə sədri deyib ki, elektron çıxarışa keçid vətəndaşların real vaxt rejimində müxtəlif əməliyyatlarda bu sənəddən maneəsiz istifadəsini, o cümlədən çıxarışın saxtalaşdırılması, yararsız hala düşməsi kimi mənfi halları aradan qaldırır.

Keçirilən qəbulda komitə sədri regional ofis rəhbərlərinə xidmət səviyyəsini daha da yüksəltmək, vətəndaş məmnuniyyətini təmin etmək, fəaliyyətdə çatışmazlıqları aradan qaldırmaq barədə tapşırıqlar verib. Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliyinin vətəndaş qəbulları qarşıdakı aylarda da davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019