Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Tarix: 25.05.2019 | Saat: 21:25:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ konqresmeni Henri Kuellar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatlarının etibarlı müttəfiqi olan Azərbaycan Respublikası terrorizmə qarşı qlobal mübarizədə ABŞ-a öz qəti dəstəyini vermiş ilk ölkələr sırasındadır.

ABŞ ölkələrimiz arasında sülhməramlı əməliyyatlar və enerji təşəbbüsləri sahələrindəki davamlı əməkdaşlığımızı, eləcə də mühüm əhəmiyyət daşıyan ticari tərəfdaşlığımızı yüksək qiymətləndirir.

Sizə və Azərbaycan xalqına tərəfdaşlığınıza və azadlıq ideallarına daimi sadiqliyinizə görə minnətdarlığımı bildirirəm. Respublika gününüzün 101-ci ildönümü münasibətilə Sizi Amerika Birləşmiş Ştatları adından bir daha təbrik edirəm".

XXX

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Respublikası ilə sıx mədəni əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, ümumtürk mədəniyyətinin və dəyərlərinin təbliğində rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli mədəni əlaqələr bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın zəngin mədəni irsi TÜRKSOY-un xətti ilə keçiriləcək beynəlxalq tədbirlərdə bundan sonra da layiqincə təmsil olunacaqdır.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019