Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qusarda enerji verilişi bərpa olunub
Tarix: 26.05.2019 | Saat: 15:12:00
Bölmə:Sosial | çapa göndər

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarından başlayan güclü külək Azərbaycanın şimal rayonlarında bir sıra fəsadlar törədib. Nəticədə ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

Hafta.az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurum sinoptiklərin şimal bölgəsi üçün verilən proqnozunu nəzərə alaraq gücləndirilmiş iş rejimində çalışıb.

Onun sözlərinə görə, elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, yaranmış fəsadların mümkün qədər tez bir zamanda həll edilməsi üçün zəruri olan ehtiyat tədbirləri görülüb.

T.Mustafayev qeyd edib ki, bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib, zəruri olan texnikalar səfərbər edilib. Habelə zəruri mal-material ehtiyatı yaradılıb.

"Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir. Ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da, rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib", - ASC rəsmisi vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019