Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda 90 litrlik “BMV” çəninə 100 l benzin vuruldu - GÜNÜN TƏZADLARI
Tarix: 27.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtdakı yanacaqdoldurma məntəqələrinin birində baş vermiş qeyri-adi vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Hafta.az-ın yazdığına görə, insident Bakıda, Nizami rayonu K.Balakişiyev küçəsi – 2404-də yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində (YDM 9) qeydə alınıb. Paytaxt sakini T.Sadıqovun sözlərinə görə, yanacaqdoldurma məntəqəsində onun “BMV X5” markalı avtomobilinə yanacaq çəninin tutumundan daha çox yanacaq doldurulub. Belə ki, “BMV” çəni maksimum 92-93 litr həcminə sahib olsa da, məntəqədən təqdim olunan qəbzdə avtomobilin çəninə, demək olar ki, 100 litr benzin doldurulduğu qeyd olunub.


Nazir təyyarəyə gecikdiyinə görə istefa verdi


Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko iş səyahətinə çıxacağı sərnişin təyyarəsini 40 dəqiqə gecikdirdiyinə görə istefa verdi. Hafta.az yazır ki, bu haqda Oxu.az xəbər yayıb. Sərnişinlərin və medianın etirazı ilə qarşılaşan nazir sosial şəbəkədə istefa səbəbini yazmaqla bir növ xalqdan üzr istəyib. “Başqa bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır. Hamımız ədalət və bərabərlik dəyərlərinə uymalıyıq. Təyyarənin gecikməsinə mən səbəb oldum. Bu barədə prezident tapşırıq verməyib”.


İcra başçısı ona sual verən jurnalisti yerə sərdi


Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə İdarəsi Şira rayonunun icra başçısı Sergey Zaytsev barəsində jurnalist fəaliyyətini həyata keçirərkən media işçisinə hücumla bağlı cinayət işi başladıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, mayın 22-də “Vesti. Dejurnaya çast” proqramının çəkiliş qrupu reportaj hazırlamaq məqsədi ilə rayon administrasiyasının binasına gedib: “Kabinetində jurnalistlə görüş zamanı Sergey Zaytsev onların fəaliyyətindən narazı olaraq jurnalisti əli ilə itələyib və paltarından tutaraq yerə yıxıb”. Cinayət işi çərçivəsində istintaq idarəsi məmurun korrupsiya əməllərində iştirakını da araşdırır.


Səmada peyk “qatarı” peyda oldu


Rusiyanın Ural və digər qonşu bölgələrinin sakinləri gecə səmada 60 rabitə peykindən ibarət “qatar”ın valehedici görüntüsünü seyr etdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, dünyanı daha ucuz və sürətli internetlə təchiz etmək məqsədi daşıyan peyk qrupu mayın 24-də İlon Maskın “SpaceX” şirkəti tərəfindən orbitə buraxılıb. Orbitdə peyklər zəncirvarı şəkildə mövqe tutub. Rusiyanın bir çox bölgələrinin sakinləri onları gecə səmasında teleskop və ya digər yaxınlaşdırıcı cihazlar olmadan belə, görə bilib.


İranda Qədr gecəsində polis öldürüldü


İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürüldü. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib. M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasimi iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobillə bağlı şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir. Hadisədə Hacı Muradi ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb". Polkovnik Amuyi başqa bir polisin də yaralandığını deyib. Silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyatlar keçirilir.


Yenicə tikilmiş şüşə körpü bir gün sonra çat verdi


Ukrayna paytaxtında yenicə istismara verilən şüşə körpü bir gün sonra çat verdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları körpüyə girişi bağlayıb. Yeni körpünü şənbə günü Kiyevin meri Vitali Kliçko açıb. Sabahısı gün isə naməlum şəxslər körpünün üstündə hoppanıb və onun şüşə döşəməsini zədələyib. Kliçkonun sözlərinə görə, bu, qəsdən törədilib. Körpü büdcəyə 60,5 milyon qrivnaya (4 milyon manat) başa gəlib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019