Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Amerika indi bizə xidmət edir” – Cavad Cahangirzadə
Tarix: 27.05.2019 | Saat: 12:24:00
Bölmə:Müsahibə | çapa göndər

Nəhayət, söz atışmalarından sonra ABŞ İranın güney sərhədlərinə - Fars körfəzi sularına çox sayda döyüş gəmisi, on minlərlə canlı qüvvə gətirib. Bölgə insanları istənilən an müharibənin başlayacağından ehtiyyatlanır. Hətta son həftələr ərzində İraqda yerləşən amerikalı, kanadalı və sair qərbli diplomatların və digər şirkətlərin əməkdaşlarının ailələri vətənlərinə göndərilib. Bunu nəzərə alan müşahidəçilər müharibənin bir addımlığında olduğumuzu vurğulayırlar. Bəs həqiqət necədir, doğrudanmı Amerika hər dediyi sözü reallaşdırır, doğrudanmı müharibə etmək Vaşinqton üçün belə maraqlı və lazımlıdır? İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə “Həftə içi”nə müsahibəsində xeyli nikbin danışdı, müharibə ehtimalının olmadığını bildirdi.

- Bu təbii hadisə deyil ki, onunla razılaşaq. Amerika ilə İran arasında yaşanan bu çəkişmələr 40 ildir davam edir. Amma biz nikbinik. Düşünürük ki, hadisələrin sonu döyüşlə tamamlanmayacaq. Çünki İran heç vaxt müharibə eləmək, hansısa ölkə ilə döyüşmək fikrində olmayıb. İran xalqı və dövləti sülhsevərdir. Amma İran dövlətinin gücü-qüvvəsi bəllidir, indiyədək ölkəmizə qarşı istənilən təcavüzün qarşısını almışıq və gələcəkdə də belə olacaq. Biz dünyada hər bir insanla və ölkə ilkə ilə hörmət və ehtiramla daşırıq, əlaqə qururuq. Əlbəttə, qarşılığında onlardan da özümüzə qarşı eyni münasibəti gözləyirik.

- Necə bilirsiniz, İran-ABŞ münasibətləri az qala düzəldiyi anda niyə qəfil Trampın üzü belə döndü?

- Bu gün Amerikanın vəziyyəti heç də yaxşı deyil. Hazırda orada daxili siyasi vəziyyət gərgindir. Hər gün eşidirik ki, Konqreslə prezident arasında qalmaqal böyüyür – istəyirlər onu devirsinlər. Amerikanın tarixinə fikir versək görərik ki, hər dəfə orda daxili siyasi vəziyyət gərginləşəndə xaricdə hərbi toqquşma yaratmaqla xalqın diqqətini kənara yönəldiblər.

- Amma Vaşinqton Yaxın Şərqə əlavə canlı qüvvə göndərmək niyyətlərinin olmadığını da bildirib...

- Bu günlərdə prezident Trampın özü çıxışında dedi ki, onların hərbi mənada Yaxın Şərqdə olması düzgün deyil. O, keçmiş prezidentlərin qərarı ilə Yaxın Şərqə yerləşəndən sonra böyük miqdarda vəsait xərclədiklərini bildirib. Bütün bunlara baxmayaraq biz Amerikanın bölgəmizə silah, canlı qüvvə, döyüş gəmiləri göndərdiyini görürük. Amma İran dövləti rəhbərliyinin də dediyi kimi, biz heç vaxt irəli düşüb, döyüşlərə ilk başlamayacağıq.

- ABŞ-ın sanksiyaları İran xalqının əzminə, mövqeyinə necə təsir edir, insanlar nə düşünürlər?

- Amerika indi bizə xidmət edir. Özü də müxtəlif sahələrdə. İranın nəhəng iqtisadiyyatının gəliri-çıxarı trilyon dollardır. Amerikanın bizə xidmətinin nəticəsidir ki, bu gün İranın ixracı idxalı üstələyir. Məhz sanksiyaların nəticəsidir ki, ölkəmizin bütöv kimya sənayesi neft sektorunundan artıq gəlir gətirir. Son rəqəmlərə əsasən İranın İraqla ticarət əlaqələrinin həcmi 15 milyard dollar səviyyəsindədir. Onlar dərman, qida sahəsində İrana sanksiyalar qoyublar. Bundan kimlər çətinlik çəkir, xərçəng xəstələri, başqa ağır xəstələr. Amerika bu addımı ilə uşaqların ölümünə səbəb olur, anaları övladsız qoyur. Amma ümumilikdə götürsək, Amerikanın xidməti sayəsində İranda bütün əhali birləşib, bir olub. Tramp İran xalqına terrorçu deyir. Kimdir terrorçu, minlərlə kilometr uzaqdan gəlib sərhədimizin o tərəfində dayanan Amerika, yoxsa öz torpağında yaşayan və heç kimlə işi olmayan iranlılar? Amerika İraqı o günə qoyub, Liviyanı , Suriyanı darmadağın edib, Səudiyyə Ərəbistanı Yəməndə müharibə aparır, indiyədək 50 min insan orda həlak olub. Bütün bunlar ABŞ-ın əməllərinin nəticəsidir.

- Bütün bu proseslərə cavab olaraq hər hansı plan- proqramınız varmı?

- Əlbəttə var. İran azad dövlətdir və öz müstəqil siyasəti var. İranın tarixi on mil ildir, Amerikanın ki, isə cəmi 500 il. Yəni 500 il əvvəl Amerika materik olaraq Kolumb tərəfindən kəşf edilib. Dünyada görün nə qədər dövlət var, hər biri müəyyən sərhədlər daxilində fprmalaşıb. İran da bunlardan biridir. Amerika istəyir hər bir ölkə onun dediyini qəbul eləsin, bu olmaz. Nəyə görə Amerika İrana ikili standartlarla yanaşır? Həmçinin Azərbaycana da bu cür, ikili standartlarla münasibət bəsləyir. Bu heç cür qəbul edilə bilməz. Məhz belə ikili siyasətin nəticəsidir ki, Yəmən o günə qalıb, Əfqanıstan dağılıb. Yeri gəlmişkən, Amerika Əfqanıstana gəldi ki, Talibanı məğlub eləsin. Amma bu gün taliblər yenidən Əfqanıstan xeyli ərazisinə nəzarət edirlər. Amerikalılar indi də istəyirlər Talibanla danışıqlar aparsın, qarşı tərəf qəbul eləmir.

- İndiki hadisələrin gedişini nəzərə alaraq İranla münasibətdə bölgə dövlətlərini dost və düşmən olaraq siyahısını vermək olar?

- Biz bütün ölkələrə dost münasibət bəsləyirik. Amma bəzi ölkələr var ki, onlar vaxtilə Amerikada keçirilən prezident seçkisində böyük miqdarda pul xərcləyiblər. Ona görə də indi çalışırlar ki, həmin xərclərin müqabilində Amerikanı İranla toqquşdursunlar. Amma nə olur-olsun, biz iranlılar ölkəmizi düşmən müdaxiləsindən qoruyacağıq. Ölkəmizə uzanan barmağı kəsəcəyik. Elə götürək Azərbaycanı, neçə ildir ərazi bütövlüyü uğrunda mübarizə aparırsınız, neçə-neçə şəhid verib torpaqlarınızı qoruyursunuz, biz də elə. Bunlar hər bir dövlətin xalqı, vətəndaşları üçün təbii qanunauyğunluqdur. Hər bir xalq öz ölkəsini qorumağa borcludur.

- Amerika son vaxtlar İrana qarşı sanksiyaları daha da sərtləşdirib və hətta ölkənizlə əlaqə saxlayan xarici dövlət və şirkətlər də cəzalandırılır. Bütün bu amillər İran-Azərbaycan iqtisadi-ticari əlaqələrinə mənfi təsir edirmi?

- Düşünmürəm təsiri olsun. Ölkələrimizin hökumətləri arasında sıx tarixi dostluq münasibətləri mövcuddur. Azərbaycan dövləti rəsmən bəyan edib ki, heç vaxt İrana qarşı Azərbaycan torpaqlarından istifadə edilə bilməz. İran hökuməti bu mövqeyi təqdir edir və dövlətimiz, xalqımız adına minnətdarıq.

- Azərbaycanda İranla müştərək maşınqayırma, dərman zavodları tikilir və ya artıq istifadəyə verilib. Amerikanın sanksiyaları həmin müəssisələrin tikinti prosesini axsatmayıb ki?

- Xeyr. Müəssisələrin tikinti prosesi davam edir və inşallah nəzərdə tutulduğu vaxtda istifadəyə veriləcək. Bütün bölgəmizdə İran-Azərbaycan əlaqələri qədər möhkəm münasiibətlərə malik başqa dövlətlər yoxdur. Tarixi, mədəniyyət, məişət, din, dil və sair baxımdan ölkələrimiz müştərəkliklərə sahibdir. İran prezidenti deyir ki, Azərbaycanın inkişafı, firəvanlığı İranın inkişafı, firavanlığıdır. Hansı ölkənin prezidenti başqa dövlət üçün bu sözləri deyər? İran prezidenti Azərbaycanın dövlət başçısına hər dəfə müraciətində əziz qardaşım deyir. Bütün bunlar dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi qardaşlıq münasibətinin göstəricisidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019