Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qarmonçalan Gülağanın ağrısı: “Burada “alkaş”lar üçün çalıram” – FOTO +VİDEO
Tarix: 29.05.2019 | Saat: 12:34:00
Bölmə:Reportaj | çapa göndər

Axşam düşüb. Şər qaralır. Saat 9-a qalır. Səməd Vurğun bağında uşaqların səsi, böyüklərin söhbətləri, ağsaqqalların mübahisələri qulaqlarımda bir-birinə qarışıb. Birdən bağın ayaq tərəfindən xaric bir səs eşidilir. Tanış melodiyadır. Qarmon səsidir. Musiqinin “ad-soyadını” xatırlamağa çalışıram. Hə, tapdım... “Əziz dostum məndən küsüb incidi...”.

Qulaqlarımdakı qarışıq səslərdən bezib həmin melodiyaya doğru addımlayıram. Fontanın şırıltısı isə həmin ritmdə “ayaq verir”. Yaşlı, saçının ortası keçəlləmiş bir kişi başını qarmona söykəyib. Öz aləmindədir. Şirin barmaqları var. Qarmona “dil dedirdir”. Yandırır, ağladır...

“Bu yaşda məni toylara kim aparar?!.”

Qarmonçu Gülağa ifasını bitirən kimi söhbətə tuturam. Oturduğu skamyada qarmonun qutusunu açıb. İçərisində iki-üç manatlıq kağız, bir o qədər də dəmir pul var. Deyir ki, axşamlar Səməd Vurğun bağına çörəkpuluna çıxır. On beş il bundan əvvəl bu sənətdən uzaqlaşsa da, yenidən “küçə bazarı”na qayıtmağa məcbur olub: “Yaşım 60-ı keçib. 15 il bundan əvvələ qədər toylara getmişəm. Bakılıyam. Bakı toylarının çoxunda bu qarmonu döşümə basıb evimə çörəkpulu aparmışam. Sonra toyların daşını atdım. Ticarətə keçdim. Ticarətdən də pul çıxmayınca küçələrdə, parklarda ifa etməyə başladım. Bu yaşda məni toylara kim aparar?!. Yaşım keçib. Gənclər məni tanımır. Müştərilərimi də itirmişəm. Üstəlik, qarmonun təmirinə xeyli pul lazımdır. Bu qarmonla ancaq parkda ifa etmək mümkündür. Günə beş-altı manat qazanmaq olur. Ən çox qazananda 10-12 manatı keçmir”.

“Burada “alkaş”lar üçün çalıram...”

Parkın plafonlarının sarı işığında qısa segah parçaları ifa edən Gülağa kişi söhbət etməyə meylli deyil. Müştəriləri məmnun edib evə çörəkpulu aparmağının dərdinə düşüb. Ara-sıra qonşu skamyalarda Gülağanın yanıqlı segahlarına qulaq kəsilən yaşlı qadınlar 20, 30, 50-60 qarmonun qabına qəpik pul atır. Yolu buradan düşən, üst-başı, geyimi o qədər də səliqəli olmayan fəhlə görünüşlü, üzü tüklü kişilər də əlikəsiklik etmirlər. 1 manat atırlar. Amma diqqətimi bir məqam da çəkir. Parka gəzməyə çıxan səliqəli geyimli nisbətən gənc cütlüklər yaşlı, qaş-qabaqlı kişinin ifalarına ağız büzüb keçirlər. Gülağa kişi də bunları göz altından süzür.

Birdən hündürboy, üzü tüklü orta yaşlı bir kişi yaxınlaşır. Əlində də pivə bultulkası. Bir az aralıda “Əli, bəri gəl” –deyən yoldaşlarının çağırışına məhəl qoymur. Döş cibindən əzilmiş bir manat çıxarır:

-Usta, bir “Naxçıvan” havası!

Gülağa kişi qarmona sarılır.

Bir dəqiqə keçməmiş hündür boy, ayaq üstə səndələyən bu adam əli ilə ifanı saxlamasını tələb edir. Özü də bir az əsəbi halda:

-“Heyvagülü”! (Sonra əvvəlki ifasına təşəkkür əlaməti olaraq marçıltı ilə Gülağanın üzündən öpür.)

Gülağa kişi üzünü turşudur. Bir az əsəbi halda “Heyvagülü”nə güllər vurmağa başlayır. Oynaq ritmlərdə də yanğı duyuram.

İçkili adam yenə də əmiranə şəkildə bayaq verdiyi manatın üçüncü sifarişini verir:

-Bi dənə də “Ata” segahı!

Gülağa kişi lap hövsələdən çıxır. Səs tonunu qaldırır:

-Alə, bir manat vermisən, sabaha kimi “zakazunu” eşitceyüy?

Gülmək məni tutur. İçkili adam susur. Əlindəki butulkanı Gülağa kişidən küsdüyünü göstərmək üçün bağdakı ağacların dibinə atır. Gülağa kişi başını bulayıb bir segah dilləndirir. Hündürboylu adam “ata-ata” deyib ağlamağa başlayır. “Məni “moyşik” yaradıb Allah umuduna qoyan dədəm” – deyib səndələyə-səndələyə oradan uzaqlaşır.

Gülağa kişi deyir, bir neçə gündür ki, bu bağa gəlir. Əvvəllər başqa parklara çıxırmış. Amma buranın da “ölü” yer olduğunu vurğulayır: “Burada ancaq “alkaş”lar üçün çalıram. Bir manata beş mahnı “zakaz” verirlər. Elə bilirlər ki, mahnının biri 20 qəpikdir. Bura kasıb bağdır. Həmişə belə olub. Fəhlələrin, rayon adamlarının, kasıb-kusubun bağıdır. Onlarda da pul nə gəzir?! Amma elə ən əliaçıqlar da kasıblardır. Allah bərəkət versin. İki-üç belə “alkaş” müştərim var. Yenə bu yaxşıdı. Hələ biri var, beş dəqiqədən bir gəlib 10 qəpik verir, “Baş sarıtel” sifariş verir. Bir dəqiqə qulaq asıb, gedir. Axırda dünən qovdum”.

“Polislər şərait yaradır ki, çörəkpulu qazanım...”

Gülağa kişi deyir ki, axşam üstü saat 7-8 arası bağa gəlir. 10-11 arası da qarmonu qutusuna yerləşdirib çıxıb gedir. Başqa yerlərdə də ifa edib. Amma tez-tez yer dəyişməyə məcbur qalıb: “Bura yaxın qalıram, urus məhəlləsində. Əvvəllər “Tarqovı”da da çalırdım. İki gün getdim. Buradan qovurdular, o biri tərəfdən çıxırdım. Axırda dedilər ki, burada “tas” gecəsi 20 manatdır. Ver, çal. Məndə də hardadı o qədər pul. Qarmona pul atan yoxdur. Amma qaraçı uşaqlarının kapron tütəyinə sarı beşlik də atırlar. Heç yerdə imkan vermirlər. Axırda Səməd Vurğun bağına gəldim. Buradakı polislər şərait yaradır ki, çörəkpulu qazanım. Hamısı tanışlardı. Dəyib-dolaşan yoxdu. Bircə “alkaş”ların əlindən bezmişəm. Amma nə edək, çörəkpuluna görə dözürəm...”.

Cibimdən 30 qəpik çıxarıb qutuya atıram:

-Ağsaqqal, bir parça “Qarabağ şikəstəsi” çal. Mən getdim.

-Götür qəpiklərini, onu pulsuz da çalaram...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib - FOTO
Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər - XİN
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi
Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - FOTO
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib