Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qış bulvarında futbol həyəcanı-FOTO
Tarix: 29.05.2019 | Saat: 14:18:00
Bölmə:Reportaj | çapa göndər

Avroliqanın möhtəşəm Bakı finalı ilə əlaqədar olaraq Qış parkında canlanma müşahidə olunur. İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək həlledici qarşılaşmaya saatlar qalmış paytaxtın bir neçə nöqtəsində final həyəcanı daha rəngarəng çalarlarla yadda qalmaqdadır.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Qış parkında "Arsenal" azarkeşləri üçün düşərgə yaradılıb. Saat 15:00-dan etibarən hava limanından buraya təşrif buyuran azarkeşlər bir müddət sonra Qış parkından xüsusi avtobuslarla finalın baş tutacağı "Olimpiya" stadionuna yola düşəcəklər. Könüllülərdən əldə etdiyimiz məlumata görə, "Arsenal"ın fanklub üzvləri 19:00-dan etibarən stadiona yola salınacaq.

Qış parkında isə təhlükəsizlik maksimum şəkildə təşkil olunub. Polis gücləndirilmiş iş rejiminə keçib. Süvari atlı dəstələr parkı dövrə vurur. Asayişi maksimum yüksək səviyyədə təmin etməyə çalışırlar.

Parkın girişində "Avroliqa 2019 - Final" lövhəsi göz oxşayır. Könüllülərin bir hissəsi turistlərin haraya getməli olduqlarını böyük "əlcəklərlə" yönləndirirlər. Eyni zamanda, azarkeşlərə final həyacanını izləyə biləcəkləri yerin xəritəsi hədiyyə edilir. İnformasiya mərkəzində oyunla və marşrut xətti ilə bağlı məlumatlar səsgücləndirici vasitəsi ilə elan olunur.

Məlumat üçün qeyd edək ki, "Arsenal" azarkeşlərindən fərqli olaraq "Çelsi" fanatları Sahil bağında bir araya gələcək. Oyunu stadiondan izləyə bilməyənlər isə Sahil bağı və Kukla teatrının yanında quraşdırılmış böyük monitordan izləyə biləcək.


Qayıdaq Qış bulvarına. Burada azarkeşlərin rahatlığı çox yüksək səviyyədə təmin olunub. Səyyar alış-veriş köşkləri, tualetlər quraşdırılıb. Parkdakı kafe və restoranlar tutistlərə münasib qiymətə xidmət təklif edirlər. Ərzində yerli və UEFA könüllüləri bircə fəaliyyət göstərir. Hətta ilkin tıbbi xidmət personalı da iş başındadır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019