Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ-da turistlər “Azərbaycan” şeirini söylədi - GÜNÜN TƏZADLARI
Tarix: 29.05.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

May ayının 27-də ABŞ-ın Los-Anceles şəhərində keçirilən ABŞ-ın ən böyük kitab sərgisində dünyanın müxtəlif yerlərindən gələn turistlər Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdilər. Hafta.az yazır ki, Oxu.az-ın məlumatına görə, bu, azərbaycanlı gənclərin təşəbbüsü ilə baş tutub. “Həm Azərbaycanımızı tanıtmaq, həm də doğma Ana dilimizdə üç kəlmə də olsa, xarici ölkə vətəndaşlarına öyrətməkdən qürur hissi keçirdik”, – layihə təşkilatçıları bildiriblər.


100 yaşlı qadın deputat oldu


Almaniyada 100 yaşlı qadın deputat seçildi. Hafta.az-ın “ONA”ya istinadən verdiyi xəbərdə deyilir ki, 26 may bəzi Almaniya regionlarında baş tutan kommunal seçkilər nəticəsində 100 yaşlı Lizel Hayze 911 səs toplayaraq, Kirxhaymbolanden Şəhər Şurasına deputat seçilib. Lizel Hayze şəhərdə uzun illərdir fəaliyyət göstərməyən hovuzun açılışına nail olmaqdan ötrü siyasətə qoşulub: "Mənim üçün əsas uğur deyil, düzgün əməllərdir. Gücün olduqca səsini çıxarmalısan". Məlumata görə, Hayzenin atası 80 il öncə bu şəhərin şurasının üzvü olub. 1938-ci ildə o, yerli sinaqoqun dağıdılmasını tənqid etdiyi üçün birhəftəlik həbs edilib və dostlarının köməyi ilə həbs düşərgəsindən qurtulub. Qeyd edək ki, Kirxhaymbolanden şəhərində cəmi 7 800 nəfər yaşayır.


Bakıda dördəm dünyaya gəldi


Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm doğuldu. Hafta.az Mysavat.com-a istinadla xəbər verir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar. Birdəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə “Caspian International” Hospitalın rəhbərliyinə, xüsusən də bu işdə sonsuz əməyi olan həkim Aytən Səfərovaya minnətdarlıqlarını bildirirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini vəd ediblər.


Cinsini dəyişmiş hüquqşünas mer seçildi


İtaliyanın Tromello şəhərinin mer seçkilərində hüquqşünas Canmarko Neqri qələbə çaldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Neqri cinsini dəyişdirənə qədər Mariya Neqri adıyla tanınıb. 40 yaşlı Neqri 5 il öncə qadın idi və cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olurdu. Neqri İtaliya tarixində ilk transgender merdir. O hakim “Liqa” partiyadan olan rəqibinə qələbə çalıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019