Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda sabiq deputatın oğlu dələduzluğa görə tutuldu - GÜNÜN TƏZADLARI
Tarix: 30.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edildi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Elvin Məmmədov həbs edilənə qədər "Happy Baku" MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var. Məmmədov hər iki şəxsdən birgə biznes qurmaq adı ilə pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir. Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 95 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.


68 yaşında ilk övladı oldu – arvadını boşadı


Serbiyada baş verən qəribə hadisə dünya mətbuatının marağını cəlb etdi. Hafta.az yazır ki, bu haqda “BAKU.WS”in xarici mətbuata istinadən verdiyi xəbərdə danışılır. Yaşlı cütlük valideyn olub. Belə ki, 68 yaşlı Şerif Nokiya və arvadı 60 yaşlı Atifa Liajiçin övladları dünyaya gəlib. Onlar uzun illər övladları olması uğrunda mübarizə aparıblar. Uzun müddət aparılan müalicələr isə nəticəsiz qalıb. Cütlük əllərini övladdan üzdükləri vaxt isə möcüzə baş verib. Yaşlı vaxtında ata olan Şerif isə bununla barışmayıb. O, xəstə olduğunu bildirərək, övladından və arvadından imtina edib. Övladı dünyaya gələn günün sabahı qadını boşayıb və öz soyadını yeni doğulan körpəsinə verməkdən imtina edib. Kişi bildirib ki, şəkərli biabet xəstəsidir və səhhəti normal deyil. Uşaq axşamlar ağladığı üçün rahat yata bilməyəcək. Kişi həmçinin bildirib ki, onun səhhətinin yaxşı olmaması yeni doğulan körpənin və anasının rahat yaşamasına mane olacaq. Bu səbəbdən də, cütlük boşanıb.


İsraildə qəribə xəstəlik yayıldı


İsrail Səhiyyə Nazirliyi Makkabim-Reut şəhərində məktəblərin birində 20 şagirdin gözlənilmədən epidemik parotit xəstəliyinə yoluxduğunu bildirdi. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, bu xəstəliyə yoluxan şagirdlərin eyni fincandan su içdikləri məlum olub. Bununla belə, onların xəstəliyi yüngül formada keçirdiyi və xəstəxanaya yerləşdirilmədikləri deyilib. Səhiyyə Nazirliyi həmin məktəbdə peyvəndləmənin aparılacağını bəyan edib.


Amerikada təyyarə okeana düşdü


ABŞ-ın Nyu-Cersi ştatının Keyp-Mey burnu rayonunda okeana tək motorlu təyyarə düşdü. Hafta.az yazır ki, Trend-in məlumatına görə, hadisə gündüz vaxtı baş verib. Təyyarə əvvəl okean üzərində bir neçə metr hündürlükdə uçub, daha sonra isə suya düşüb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Hələlik qəzanın səbəbləri və hadisə qurbanları barədə məlumat yoxdur.


Binəqədidəki “Coca-Cola” şirkətində qəza baş verdi


“Coca-Cola” şirkətinin 3 əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi. Hafta.az yazır ki, ONA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib. Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar. Fakt şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqlənib. Şöbənin əməkdaşı Səlminaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019