Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şarm əl Şeyxə ilk təyyarə uçuşu iyulun 18-də olacaq
Tarix: 31.05.2019 | Saat: 13:34:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakı – Şarm əl Şeyx birbaşa reysi "Sunday Airlines" brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu "Boeing 757–200" avialayneri ilə həyata keçirilir.

Misir səfirliyindən Hafta.az-a verilən məlumata görə, ilk uçuş iyulun 18-də baş tutacaq və hər həftənin cümə axşamları həyata keçiriləcək. Turların müddəti 7 gecədən 14 gecəyədək davam edir.

Cəmi üç saat davam edən uçuş zamanı şirkət yolçulara soyuq qəlyanaltılar və alkoqolsuz içkilər təklif edir. Misirdə isə turistləri qonaqpərvər “Selfie Travel Egypt” şirkəti qarşılayır.

Qeyd edək ki, Misir səyahət və istirahət üçün il boyu əlverişlidir. Şarm əl Şeyxə məxsus yüngül dəniz küləyi və az rütubətli hava şəraiti yayın çox yüngül keçməsinə kömək edir. Açılan yeni marşurutda turistləri günəş və çimərlik istirahəti ilə yanaşı, cəlbedici qiymətlər də maraqlandıracaq.

Yayda Misirdə istirahət etməyin müsbət tərəfləri: Tam qidalanma, əyləncə infrastrukturunun geniş seçimi, dolğun ekskursiya proqramı, Qırmızı dənizin əsrarəngiz sualtı dünyası, digər yay marşrutları ilə müqayisədə qənaət və fayda, yüksək səviyyəli təhlükəsizlik.

Şarm Əl-Şeyxə turlarını Bakıda yerləşən istənilən turizm agentlikliyindən sifariş etmək mümkündür.

Turizm şirkətlərinin Şarm əl Şeyx – Bakı istiqaməti ilə əməkdaşlıq haqda ətraflı məlumat əldə etmələri üçün Baş agent olan Gerso Travel ilə +994 55 819 88 37 əlaqə saxlamaq və ya gersotravel.com saytından qeydiyyatdan keçmək olar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019