Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mehdiabad köçkün şəhərciyinin qayğıları - REPORTAJ
Tarix: 31.05.2019 | Saat: 19:00:00
Bölmə:Reportaj | çapa göndər

Ölkə başçısının sərəncamı ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində salınmış şəhərcikdə məcburi köçkünlərin yaşaması üçün hər cür şərait yaradılıb. Müasir tipli şəhərcik yaşıllıqlarla əhatələnib. Şəhərciyin bugünkü durumu və sanitar təmizliyi ilə maraqlanmaq üçün yolumuzu adıçəkilən ünvandan saldıq.

Paytaxtın “Azadlıq” metrostansiyasından 165 saylı marşurut avtobusuna minib şəhərciyə gəlib son dayanacaqda düşdük. Dayanacaqda avtomobil yolu tamamilə sıradan çıxıb. Hər tərəf natəmizlik içindədir. Hətta məişət tullantıları iri borular keçən əraziyə atılır. Şəhərciyin daxili yollarının dağılan yerlərində təmir işləri aparılmayıb.
Qəsəbə sakinləri bildirdilər ki, şəhərcik baxımsız qalıb, təmir-bərpa və abadlıq işləri ilə maraqlanan yoxdur: ”Salınan yaşıllıqları alaq otları basıb, əkilən ağacların dibləri bellənilmir, eləcə də suvarılmadığından tələf olurlar. Küçə işıqları işləmir. Gecələr küçə işıqları yanmadığından hər tərəf qaranlığa qərq olur. Sahibsiz itlər baş alıb gedir. Gecə qaranlıq havada adamlar mənzillərinə qorxa-qorxa gedib-gəlirlər”.
Sakinlər onu da vurğuladılar ki, asudə vaxtlarında istirahətləri və uşaqların oynaması üçün şəhərcikdə heç bir şərait yoxdur. Uşaqlar asfaltın ortasında oynayırlar. Hər tərəfdən də maşınlar keçir ki, bu da onların həyatı üçün təhlükəlidir:
”İsti yay günlərində mənzillərin daş divarlarının arasında qalmaq olmur. Getməyə bir yerimiz yoxdur. Şəhərciyin ərazisini isə, küçə ticarətinə çeviriblər. Yaşlı və ahıl adamların asudə vaxtlarını səmərəli keçirməsi üçün heç bir şərait yoxdur. Payaxtın elə qəsəbə və küçəsi yoxdur ki, ahıllar və veteranlar üçün guşə tikilməsin. Vaxtlı-vaxtında məişət tullantıları daşınmır. Birdən elə olur ki, günlərlə məişət tullantıları zibil qablarında qalıdığından külək zibili ətrafa səpələyir. Halbu ki, əraziyə xidmət edən Mənzil Kommunal İstismar Sahəsinin işçiləri var, onlar nə vaxtlı-vaxtında ərazini təmizləyir, nə də yaşıllıqlara qulluq edirlər”.

Sakinlər maraqlı bir məqama da toxundular. Dedilər ki, elə imkansız köçkün ailələri var ki, hələ də müəyyən səbəblərdən onlara mənzil verilməyib:” Amma şəhərcikdə elə köçkünə mənzil verilib ki, onlar başqa yerlərdə yaşayan imkanlı adamlardır. Onlar mənzillərini qaçqın olmayan, rayonlardan Bakıya işləməyə gələn ailələrə kirayə veriblər. Şəhərciyin yaxınlığında heç bir qəsəbə və yaşayış məskəni olmadığı üçün həmin kirakeş qalanların uşaqları köçkün məktəbinə görürülmür. Çünki, Təhsil Nazirliyi köçkün olmayan uşaqları köçkün məktəbində təhsil almasına izazə vermir. Kirəkeş qalanların uşaqları isə təhsil almaqda çətinlik çəkirlər”.
Gördüklərimizə və deyilənlərə bir daha aydınlıq gətirmək üçün şəhərciyin abadlıq, təmizlik və təmir işləri ilə məğqul olan Mənzil Kommunal İstismar Sahəsinə baş çəkdik. MKİS-in rəisi Elçin Rüstəmli “Həftə içi”nə bildirdi ki, Mehdiabad Qarob Köçkünlər şəhərciyində 4000 köçkün yaşayır. Onun sözlərinə görə şəhərcikdə 11 yaşayış binası var: “Kombi sistemidir. Mərkəzləşmiş qaydada mənzillərə isti və soyuq su verilir. Gün ərzində sakinlər içməli su ilə təmin olunurlar. İstilik, mavi yanacaq sarıdan heç bir problem yoxdur. Deyilən problemlərlə bağlı rəhbərliyə məlumat vermişik. Məişət tullantılarının daşınmasında da problem yaranıb. Məişət tullantılarının daşınması ilə Bakı Şəhər İcra Hakimiyyəti Kommunal Xidmətləri MMC məşğul olur.

 

Adıçəkilən quruma 7-8 min manata qədər borcumuz var. Əgər borcları verə bilməsək, bu qurum zibillərin daşınmasından imtina edəcək və işimiz daha da çətinləşəcək. Əhalidən zibil pullarını yığa bilmirik”.
Elçin Rüstəmli söylədi ki, şəhərciyin daxili yollarında da təmir işləri aparılmalıdır. Sakinlərin istirahəti və uşaqların oynaması üçün şərait yoxdur: “İki uşaq yelləncəyini də cibimin pulu ilə almışam. Nəbatat bağı ilə müqavilə bağlamışıq. Bu il sözügedən bağdan 150 ədəd kiparis ağacı alıb şəhərcikdə əkmişik. Ağacların dibinə su xətləri çəkilməyib. Bu səbəbdən də yaşıllıqlar suvarılmır. Küçə işıqlarının təmir edilməsinə söz verilib. Şəhərcikdə başqa rayonlardan gəlib qalan kirəkeş ailələr barədə Komitəyə məlumat vermişik. Onların uşaqlarının köçkün məktəblərinə qəbul edilməsi üçün hökmən Təhsil Nazirliyinə müraciət etməlidirlər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019