Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda eyni gündə iki yerdə maşın işıq dirəyini aşırdı - GÜNÜN TƏZADLARI
Tarix: 31.05.2019 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakının Nəsimi rayonunda işıq dirəyinin aşmasına səbəb olmuş yol qəzası baş verdi. Hafta.az yazır ki, ONA-nın xəbərinə görə, hadisə Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Yolayrıcında "BMW" markalı minik maşını qəfildən Mircalal Hüseynovun idarə etdiyi, Rusiya Federasiyasına aid qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin qarşısında manevr edib. Bu vaxt "Mercedes" əvvəlcə ona dəydikdən sonra yolun kənarındakı hərəkətsiz digər avtomobilə, daha sonra işıq dirəyinə çırpılıb. Zərbədən işıq dirəyi aşıb. "Report"un məlumatına görə isə, digər oxşar qəza Heydər Əliyev prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi yerindən qopub. Nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bu il aprelin 12-də də Bakıda oxşar hadisə baş vermişdi.


Qadın ona xəyanət edən ərini şəhərdə paltarsız gəzdirdi


Kolumbiyanın Barrankilyi şəhərində qəribə hadisə baş verdi. Hafta.az yazır ki, “XəzərXəbər” verdiyi xəbərə görə, şəhər sakini olan bir qadın ona xəyanət edən ərindən qəddarcasına intiqam alıb. O, ərini şəhər kənarındakı motellərin birində başqa bir qadınla tutub. Qadın ərini bir şərtlə bağışlayacağını deyib. O, ərini çılpaq soyunduraraq maşının damına bağlayıb və şəhərə belə gəlib. Qadın damında çılpaq əri olan maşını şəhərdə ora-bura sürüb.


ABŞ vətəndaşı Ağ Evin yaxınlığında özünü yandırdı

 

Vaşinqtonda, Ağ Evin yaxınlığındakı “Ellips” parkında bir kişi özünü yandırdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, insident mayın 29-da, günorta vaxtı, prezident Donald Tramp administrasiya binasında olarkən baş verib. Sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür. Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib: “O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük”. Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib. Yanan kişiyə ilk yardım göstərib, hospitala aparıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Parkda xidmət göstərən polisin söylədiyinə görə, həmin şəxs Merilend ştatının Betesda şəhər sakini Arnav Qupta olub.


Dünya çempionatında 12:0 hesabı qeydə alındı


Polşada keçirilən 20 yaşadək futbolçuların (U-20) dünya çempionatında mundiala yaraşmayan hesab qeydə alındı. Hafta.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, Norveç millisi qrup mərhələsində Hondurasla qarşılaşıb və 12:0 hesabı ilə qələbə qazanıb. İlk hissədə beş, fasilədən sonra isə yeddi qol mərkəzi amerikalıların qapısına vurulub. Bu matçda Honduras millisinin iki futbolçusunun ikinci hissədə meydandan qovulduğunu da bildirək. 12:0 hesabı Norveçin tarixində ən böyükhesablı qələbəsi, Hondurasın isə ən böyükhesablı məğlubiyyəti olub. Bu matçda Avstriyanın “Zalsburq” klubunun 18 yaşlı hücumçusu Erlinq Braut Holand doqquz qol vurub. Holandın bu göstəricisi bu turnirin tarixinə düşüb. Belə ki, indiyədək heç bir futbolçu bir matça bu qədər sayda qol vurmağı bacarmayıb.


Yevlaxğda yaşayış binasından raket tapıldı


Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3, mənzil 116 ünvanında 1 ədəd təhlükəli sursat tapıldı. ANAMA-dan ONA-ya verilən məlumata görə, bu barədə Agentliyə məlumat DİN-nin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019