Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamda poçt rəisi özünü asdı - GÜNÜN TƏZADLARI
Tarix: 03.06.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar etdi. Hafta.az yazır ki, ONA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Ərdoğanın iştirakı ilə 313 min mömin namaz qıldı


Bir iyun axşamı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təxminən, 313 min mömin İstanbulun Yenikapı meydanında Ramazan ayında icra ediilən müstəhəb təravih namazı üçün toplandı. Hafta.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul müftiyyatının təşəbbüsü ilə həyata keçirilən kütləvi ibadət İstanbulun fəthinin 566-cı ildönümünə həsr edilib. Eyni zamanda, müsəlmanlar və məkkəli müşriklər arasında ilk böyük döyüşün - Bədr savaşı qəhrəmanlarının xatirəsi də yad edilib. Namaza rəhbərliyi Dəyanət İşləri Başqanı Əli Erbaş icra edib. Türkiyə lideri Ərdoğan namazdan əvvəl Qurani-Kərimin əl-Bəqərə surəsinin 285 və 286-cı ayələrini oxuyub. Sonda Prezident vətəndaşlara müraciət edərək yüz minlərlə insanın birgə qıldığı təravih namazının əhəmiyyətindən danışıb. Ərdoğan nitqində Qərb dünyasına "Bura İstanbuldur, Konstantinopol deyil" mesajını da verib. Çıxışından sonra dövlət başçısı möminlərlə fotolar çəkdirib.


Tələbə bitirdiyi universtetdən 60 min təzminat aldı


Bitirdiyi universiteti "Mickey Mouse" diplomuna görə, yəni "əhəmiyyətsiz ixtisası aldadıcı reklamla bəyəndirdiyinə" görə, məhkəmyə verən xarici məzun məhkəmədənkənar qaydada əldə edilmiş razılıq əsasında həmin universitetdən £60000 məbləğində (təxminən $78000) təzminat aldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, Pok Uong 2013-cü ildə Anglia Ruskin universitetini beynəlxalq biznes strategiyası üzrə bitirib. Lakin məzun iddia edib ki, universitet "karyerasının perspektivini şişirdib" və saxta reklama görə universiteti məhkəməyə verib. Anglia Ruskin universitetinin sözçüsü bildirib ki, iddiaçı ilə razılıq universitetin sığorta şirkətinin vəkillərilə razılaşdırılıb, universitet isə bunu dəstəkləməyib. Fiona adı ilə də tanınan Pok Uong iddiasında qeyd edib ki, universitetin bukletində yerləşdirilmiş məlumat düzgün olmayıb. O, BBC-yə 2018-ci ildə deyib: "Onlar elə bilir ki, xarici tələbələr [və] biz bura bir parça kağız, diplom üçün pul ödəməyə gəlirik".


Roma papası qaraçılardan üzr istədi


Roma Papası Fransisk Rumıniyaya səfəri zamanı qaraçılara üz tutaraq onlardan üzr istədi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Blaj şəhərində qaraçı icması ilə görüş zamanı Papa katolik kilsəsinin onları əsrlər boyu təqib etdiyini etiraf edib. Fransisk deyib ki, qaraçılara qarşı ayrıseçkilik qəbulolunmazdır. O, katolik kilsəsinin bu xalqa qarşı irəli sürdüyü siyasəti səhv adlandırıb və onlardan üzr istəyib.


“Liverpul” fanatlarının baqajı...


“Liverpul”un öz sevimli klubunun “Tottenhem”lə oyununu izləmək üçün Madridə avtobusla yola düşmüş fanatları gözlənilməz problemlə üzləşdilər. Hafta.az xəbər verir ki, bu haqda Ölkə.az məlumat yayıb. Sıradan çıxmış ayaqyoluna görə sərnişinlərin avtobusun yük yerində olan, demək olar, bütün baqajı batıb. Qeyd edək ki, “Liverpul” və “Tottenhem”in yüzlərlə azarkeşi Madridə avtobusla yola düşməli olmuşdular. Belə ki, Londondan birbaşa aviareyslərə olan bütün biletlər, demək olar, dərhal satılmışdı. Ceymi adlı “Tvitter” istifadəçilərindən biri öz klubunu dəstəkləmək üçün “Liverpul” azarkeşlərinin Madridə qədər olan dəhşətli 30 saatlıq səfərindən danışıb. O, azarkeşlərin öz baqajlarının salamat qalıb-qalmadığını yoxladıqları əks olunan şəkil paylaşıb. “80 faiz baqaj sidiyə batmışdı. Xoşbəxtlikdən mənimki qurudu, amma digərlərinin bəxti gətirmədi”, – deyə Ceymi özünün “Tvitter” hesabında yazıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019