Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bayram namazı qılınan məscid atəşə tutuldu - GÜNÜN TƏZADLARI
Tarix: 04.06.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Ukraynanın Donetsk şəhərindəki məscid müsəlmanların Ramazan bayramını qeyd etməyə toplaşdıqları vaxt atəşə tutuldu. Hafta.az xəbər verir ki, bu haqda “RİA Novosti” separatçı “Donbas Xalq Respublikası”nın “xalq milisi”nə istinadən məlumat yayıb. Məlumata görə, yerli vaxtla səhər saat 7:30 radələrində möminlər, artıq bayram namazı qılmağa hazırlaşarkən, ibadətgah minaatanlardan atəşə tutulub. Mənbə atəşin Ukrayna Ordu Qüvvələri tərəfindən açıldığını iddia edir. Atəş nəticəsində zərərçəkən olmadığı bildirilir.


Tramp Britaniya kraliçasına toxundu


ABŞ Prezidenti Donald Trampı Böyük Britaniyaya səfəri çərçivəsində kraliça II Yelizaveta ilə görüşdü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, görüş zamanı o, qeyri-ixtiyari kraliçanın kürəyinə yüngülcə toxunub. Bununla da prezident protokolu pozub. Bildirilir ki, o, kraliçaya toxunmazdan əvvəl ona xoş sözlərini çatdırıb, xoş qarşılanmaya görə təşəkkürünü bildirib və Trampın bu hərəkəti II Yelizavetanın gülməsinə səbəb olub. Qeyd olunur ki, Trampdan da əvvəl sabiq prezidentin xanımı Mişel Obama protokolu daha sərt şəkildə pozub. O, kraliçanı qucaqlamışdı. Pərt olmaq istəməyən kraliça da ona eyni cavabı vermişdi.


Oruc tutanlar qaya zirvəsində namaz qıldılar


Bosniya və Herseqovinanın uca qaya üzərində yerləşən ən qədim məscidlərindən biri Ramazan ayında qapılarını müsəlmanların üzünə açdı. Hafta.az xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, orucluq boyunca yerli sakinlər Cümə namazlarını qılmaq üçün bu təhlükəli məkana gəlib. Kuşlat tarixi məscidi Sultan II Mehmetin dövründə Osmanlı döyüşçüləri tərəfindən tikilib. Bu məbədi “Bosniya fəthinin rəmzi” də adlandırırlar. 1993-cü ildəki vətəndaş müharibəsi zamanı qədim ibadətgah serblər tərəfindən yandırılıb və yalnız 20 il sonra bərpa edilib. Kuşlat məscidi eyniadlı qalanın içərisində yerləşir. Allahın Evinə gedən yol dik yoxuşlar və meşəliklə müşayiət olunur, qayanın kənarlarında isə qartal yuvaları var. Qonşu Drinyaça kəndinin imamı Nermin Akmetoviçin sözlərinə görə, qeyri-adi və sərt mövqeyinə baxmayaraq, onlarca mömin hər Cümə günü Kuşlata tələsir. "Biz Kuşlat məscidini tariximizi, atalarımızı xatırlamaq üçün ziyarət etməkdə davam edəcəyik. Bu, bizim üçün özəl bir məkandır", – deyə imam qürurla söyləyib.


Qurban Qurbanov AFFA-nın son iclasına qatılmadı


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin son iclasına qatılmadı. Hafta.az yazır ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın Qol.az-a verdiyi məlumata görə, mütəxəssis katibliyə müraciət edərək, toplantıda iştirak edə bilməyəcəyini deyib. Ancaq AFFA rəsmisi Qurbanovun hansı səbəbdən iclasa qatılmadığı barədə məlumatsız olduğunu bildirib. “Qarabağ” klubundan saytımıza verilən xəbərdə isə baş məşqçinin şəxsi işləri ilə əlaqədar iclasa getmədiyi deyilib.


Avropanın ilk sualtı restoranı açıldı


Norveçin Lindesnes şəhərində Avropanın ilk sualtı restoranı açıldı. "Qafqazinfo” xəbər verir ki, restoranın özəlliyi Şimal dənizi və onun ekzotik sakinlərinin panoramik mənzərəsini təqdim edən 36 kvadratmetrlik nəhəng pəncərəsinin olmasıdır. Bu məkanda dəniz məhsulları suyun 5 metr dərinliyində müştərilərə təqdim edilir. Restoranın sahibi Stiq Abosta jurnalistlərə açıqlamasında su altında açdığı restoranın bütün təhlükəsizlik qaydalarına cavab verdiyini deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019