Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə sadiqdir - Şeyx
Tarix: 05.06.2019 | Saat: 12:39:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir.

Hafta.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin Azərbaycanda təşkil olunan iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı və multikultural həyatı göstərdi.

QMİ sədri Azərbaycanda dini durumun çox yaxşı olduğunu və dindarlar üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Paşazadə dindarlar adından dövlətə təşəkkür etdiyini bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019