Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qara Qarayev"də "Kənddən şəhərə" adı altında yarmarka keçirildi - FOTO
Tarix: 05.06.2019 | Saat: 12:41:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Metronun "Qara Qarayev" stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin "Kənddən şəhərə" adı altında yarımarkası keçirilirdi. Yarmarka müqəddəs Ramazan bayramına təsədüf etdiyi üçün insanlar daha çox şad və aktiv idilər. İlk növbədə bazarda və marketlərdə əlçatmaz qiymətə olan məhsulları yarmarkada ucuz qiymətə əldə edə bilirlər. Elə alıcı Aydın bəy də qiymətlərin onun cibinə uyğun ola biləcəyin deyir:

"Sağ olsun bu işi təşkil edənlər. Bayram öncəsi düşünürdük baha qiymətlərlə biz bayramlıq edə bilməyəcəyik. Lakin yarmarka arzularımızı gerçəkləşdirdi və bu gün gördüyünüz kimi alverimizi rahatlıqla etdik".

Yarmarka səhərdən başlasa da insanların izdihamı hələ davam edir. Məhsulların qiymətləri ayrıca girişdə yazılıb. Bundan əlavə, yaxınlaşan alıcılara çox xoş münasibət göstərilir. Ərazi səliqəli və təmizdir.

Daha bir alıcıya yaxınlaşırıq ancaq bu gileylənir. Deyir ki, axı belə gözəl fürsətləri niyə az təşkil edirlər:
" Hər şey əladır, mən dövlətimizə və başçısına təşəkkür edirəm. Belə şərait yaradıblar. Gərək ki, belə yarmarkalar daha tez-tez təşkil etsinlər. Biz də belə ürəyimiz istəyən məhsulları alaq"

Əlbəttə, belə yarmarkalar şəhərimizdə daha çox təşkil edilərsə nə gözəl. Şəhərimizin insanaları kənd məhsullarını ucuz qiymətə əldə edərlər...

Nazilə xanım da yarmarkaların tez-tez təşkil edilməsini dilə gətirənlər sırasındarır. Xanım deyir ki, tez-tez olsun, ancaq çeşidlər də bol olsun.

Şəhid anası adını heç zaman mətbuatda işıqlanmasını istəməyən xanım da yarmarka çərçivəsində alış-veriş edib və deyir çox münasibdir. Həm də evimizə yaxındır, ona görə bizim üçün göydəndüşmə kimi oldu...

Bəs satıcılar necə onlar öz alıcılarından onlar üçün yaradılan bu şəraitdən razıdırlarmı?


Satıcı ilham bəy deyir ki, hələ ki, bizi qane edir: "Müştərilərimiz artıq hər şeyi özləri düzgün görə bilirlər. Bazar və digər satış nöqtələrindəki qiymətlərlə bizim qiymətləri müqayisə edirlər. Əlbəttə, o zaman yarmarkaya gəlirlər. Biz də çalışırıq ki, müştərilərimizin ürəyincə olsun qiymətlərimiz"

Bayram günü müştərilərinin yolunu gözləyən fədakar satıcıcılardan biri də İsmayıldır. O, deyir mənim alverim çox yaxşdır: "Artıq demək olar ki, satıb qurtarmışam. Çünki qiymətimiz ucuzdur. Axşama qədər hamısını satıb qurtara bilərəm. Gələnlər hamısı alıb, gedir"

Biz də satıcılar, alıcılar - bütün Azərbaycan xalqının müqəddəs Ramazan bayramını təbrik edirik, məhsulları bol və bərəkətli olsun!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019