Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təcavüzə məruz qalan qız evtanaziya etdirdi
Tarix: 06.06.2019 | Saat: 13:00:00
Bölmə:Dünya | çapa göndər

Niderlandda yaşayan 17 yaşlı Noa Pothoven adlı qız bir neçə il əvvəl təcavüzə məruz qalıb. Depresiyaya düşən, anoreksiya olan və stresdə olan qız evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) köməkliyi ilə həyatına son qoyub. Arnem şəhərində yaşayan Noa 11 və 14 yaşında iki kişi tərəfindən zorlanıb.

Qorxusundan və utandığından hadisəni gizlədən qız "Hər gün həmin anları yenidən yaşayırdım. Hələ də elə bilirəm ki, bədənim çirklidir. Bədənim heç vaxt bunu unutmayacaq" deyib.

Bir neçə il bir klinikadan o birinə yollanan Noaya heç bir həkim kömək edə bilməyib. Ötən il isə onu ağır anoreksiya xəstələrinin yerləşdirildiyi klinikaya qoyublar və süni komaya salıblar.

Yenidən ayıldılan Noa evtanaziya üçün icazə ala bilib. "Bunu demək haqda çox düşündüm. Yazmağa dəyər. Çoxları bunu gözləmirdi. Çoxdandır bu planı qururdum. 10 gündən sonra öləcəm. Uzun illərdir mübarizə aparıram, gücüm qalmayıb. Uzun müddətdir yemirəm, yatmıram. Mənim acım dözülməzdir. Nəfəs alıram, amma yaşamıram" deyə, qız ölməzdən əvvəlki paylaşımında qeyd edib.

Qeyd edək ki, evtanaziya insanın öz razılığı ilə edilir. 2017-ci ildə Niderlandda 6585 insan onu qəbul edib. İyunun 2-də Noaya evində öldürücü iynə vurulub. Mediada yazılıb ki, anasının qızın planından xəbəri olmayıb. Noa bütün yaxınlarına məktub yazıb qoyub və onlarla vidalaşıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019