Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputatlarımız ATƏT PA-nın komitə iclasında iştirak edirlər - FOTO
Tarix: 06.06.2019 | Saat: 15:20:00
Bölmə:Siyasət | çapa göndər

Tbilisi şəhərində ATƏT Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı beynəlxalq konfransı keçirilir.

İki gün davam edəcək konfransda Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan parlamentariləri iştirak edirlər.

Azərbaycanı beynəlxalq tədbirdə Milli Məclisin deputatları, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva təmsil edirlər.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxirze, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və başqaları çıxış edərək, dünyada və regionda gedən proseslər, ATƏT regionundakı mövcud problemlər və onların həllində qanunverici orqanların rolu, parlament diplomatiyası və s. məsələlər barədə danışıblar.

Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki qabaqcıl təcrübələr bölüşüləcək, səmərəli nəzarətin əhəmiyyəti barədə müzakirələr aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019