Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu
Tarix: 07.06.2019 | Saat: 10:54:00
Bölmə:Dünya | çapa göndər

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb.

Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

"Mən cinayət törətməmişəm, bunu bacarmaram. Ona kömək etmək üçün yaxınlaşmışdım, sonra isə hər şeyi mənim üstümə atdılar".

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb.

Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019