Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Neymar “Real”ı “Barselona”ya dəyişir
Tarix: 07.06.2019 | Saat: 14:45:00
Bölmə:İdman | çapa göndər

“PSJ”nin hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyi səbəbindən Madridin “Real” komandasının təklifinə rədd cavabı verib.

Bu barədə “Sport.es” saytı bildirir.

Qeyd olunur ki, braziliyalının ətrafındakılar “Real”ın təqdim etməyə hazır olduğu şərtləri diqqətlə öyrəniblər. Lakin Neymar özü imtina edib, çünki o, “Barselona”nın heyətində oynamaq arzusundadır. Mənbə bildirir ki, “Real” klubu forvarda ildə 45 milyon avro məvacib təklif edib, transferə görə isə onlar 350 milyon avro ödəməyə hazır idilər.

Mayın sonunda bildirilmişdi ki, “Barselona” Neymarı qaytarmaq niyyətindədir. Bunun əvəzində “Barselona” parislilərə yarımmüdafiəçisi Usman Dembeleni və əlavə pul təklif edib. Fransa KİV-lərinin məlumatına görə, braziliyalının özünün partnyorları ilə münasibəti mürəkkəbdir. Belə ki, Kilian Mbappe başda olmaqla bir qrup futbolçu ona qarşı mövqedən çıxış edir.

Neymar “PSJ”nin heyətində 2017-ci ilin yayından oynayır. O vaxt onun transferi üçün parislilər “Barselona”ya rekord məbləğ – 222 milyon avro ödəmişdilər. Hazırkı klubun heyətində braziliyalı iki dəfə Fransa çempionatının qalibi olub. 2018/2019-cu illər mövsümündə 27 yaşlı forvard “PSJ”də keçirdiyi 28 oyunda 23 topun və qolla nəticələnən 13 ötürmənin müəllifidir.



Bölməyə aid digər xəbərlər
16.06.2019 Monroz "Neftçi"də

Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib
“Nəsimi ili” ilə bağlı elan edilən fərdi jurnalist yazıları müsabiqəsi davam edir
O qaloşu gənc qızlara sürtən kişi özünü nemət içində hiss edir - İLAHİYYATÇI
Ermənistan işğalçı dövlət olduğunu etiraf etdi - XİN
Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb
“Azərsu”nun mütəxəssisləri Ludviqşafendə təlimlərdə iştirak ediblər
Növbəti özəlləşdirmə hərracına 77 əmlak çıxarılıb
Xəstəxanada baş verən dəhşətli qətlin şok təfərrüatları: Keçmiş ərinin təklifini geri çevirdiyinə görə
Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub