Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “heyvansevər deputatı” - HƏFTƏ REYTİNQ
Tarix: 07.06.2019 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Deputat Qənirə Paşayeva iyunun 1-də “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin Heydər Əliyev parkında keçirilən Uşaq festivalı çərçivəsində ə heyvansevərlər üçün keçirdiyi itlərin sərgisində də yiyəsiz bir itə sahib çıxdı. Festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə də aparıblar. Bunların arasında Milli Məclis üzvü Qənirə Paşayeva da olub. Deputat festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən toplanaraq “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinə gətirilmiş bir itə sahiblənib. Qeyd edək ki, “Toplan” Mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə etmiş olurlar.


Həftənin “siyasi davakarları”


Parçalanmış “Azərbaycan Xalq Hərəkatı” adlı qurumun qanadlarından birinin iki gün öncə keçirilən iclası davasız keçmədi. Bu barədə mötəbər mənbələrdən musavat.com -a məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, həmin iclasda Azadlıq partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb. Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib. Dava səbəbilə hərəkatın idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı göstərilib. Partiya sədri hərəkatdan qovulub. M.Mütəllimlinin də AXH -dən qovulduğu deyilir.


Həftənin “kombaynçı naziri”


Kənd təsərrüfatı naziri İnam Kərimov Neftçalada biçin prosesi ilə tanış oldu və Azərbaycanda taxıl biçininə start verildi. Nazir kombayna da minib. Kənd təsərrüfatı naziri “REALTV”-yə müsahibəsində builki biçin mövsümündəki yeniliklərdən danışıb. Qeyd edək ki, Neftçala rayonunda 40 min hektar taxıl sahəsi mövcuddur.


Həftənin “planeti”


Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul etdi. Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb. Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət “1995 UN2” şərti ad daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.


Həftənin “aktyor məsləhəti”


Xalq artisti Valeh Kərimov APA-ya müsahibəsi zamanı “Teatrda, qismən isə kino sənətində böyük uğurlarınız var. Doğmalarınızdan hansısa birinə teatr sənətini seçməyi məsləhət bilərdinizmi?” sualına belə cavab verdi:”Yox, qətiyyən. İndiki dövrdə isə heç məsləhət bilməzdim. Qoy gedib ayrı işlərlə məşğul olsunlar...”.


Həftənin “nazlı Xalq artisti”


“Hər şey daxil” verilişində qonaq olan Xalq artisti Elmira Rəhimova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verdi: “Hindistanın prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım. Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”. Qeyd edək ki, E. Rəhimova 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir.


Həftənin “öpüşdən qorxanı”


“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının mükafatlandırma mərasimindən sonra müsahibə zamanı xanım jurnalist tərəfindən öpüləcəyindən ehtiyat etdi. Xanım jurnalist, müsahibinin sualı aydın eşitməsi üçün, misirli hücumçuya daha da yaxın durub. Həmin an jurnalistin addımını düzgün anlamayan Salah isə ondan aralanıb.


Həftənin “naziri”


İsrail Baş naziri Benyamin Netanyahu onu rüşvət və dələduzluq ittihamından qoruyan şəxsə üstünlük verdi. İsrail tarixində ilk dəfə rəsmən qeyri-ənənəvi cinsin nümayəndəsi olduğunu etiraf edən şəxs-Amir Ohana B.Netanyahu tərəfindən nazir təyin olunub. 43 yaşlı yeni nazir Netanyahunun Likud Partiyasının üzvüdür. O, Baş nazirə yaxınlığı ilə tanınır. Bəllidir ki, Netanyahu rüşvət və dələduzluqda ittiham olunur. Düzdür, o, bütün ittihamları rədd edir. Ancaq yaxın aylarda bu məsələnin istintaqında yeni və daha ciddi dönəm başlayacaq. O da məlumdur ki, Amir Ohana Baş nazirə yönəlmiş ittihamların aradan qaldırılması üçün hüquqi müstəvidə xeyli səy göstərib. Hazırda İsraildə eyni cinsdən olan insanların evlənməsi yasaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019