Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hazard rəsmən “Real”da!
Tarix: 08.06.2019 | Saat: 11:08:00
Bölmə:İdman | çapa göndər

İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib.

Hafta.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazardı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı oyunçu tezliklə Madridə gələcək və tibbi müayinədən keçəcək. Müqavilə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real”a 100 milyon avroya başa gəldiyi yazılır.

Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub, 15 məhsuldar ötürmə verib. O, Avropa Liqasının Bakıda baş tutan və "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında dubla imza atıb. Həmin oyun sözügedən futbolçunun “Çelsi”dəki son matçı olub.

Qeyd edək ki, peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Hazard 2012-ci ildən "Çelsi"də çıxış edirdi. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.



Bölməyə aid digər xəbərlər
17.06.2019 ATV bəyanat yayıb

Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019