Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“SOCAR Petroleum” 8 yanacaqdoldurma məntəqəsində “Super” markalı yanacağın satışını həyata keçirir
Tarix: 08.06.2019 | Saat: 12:39:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“SOCAR Petroleum” QSC 8 yanacaqdoldurma məntəqəsində (YDM) “Super” markalı yanacağın satışını həyata keçirir.

QSC-dən hafta.az-a bildirilib ki, böyük sürücü kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq yalnız 8 müxtəlif ünvanlarda fəaliyyət göstərən “SOCAR” brendli YDM-lərdə bu yanacaq növünün satışı həyata keçirilir. Qeyd olunan yanacaq növünü aşağıdakı ünvanlarda fəaliyyət göstərən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən əldə etmək mümkündür:

• Bakı-Aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçu dairəsinin yaxınlığı);

• Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);

• Bakı-Quba yolunun 28-ci kilometrində (yolun sağ tərəfi);

• Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı);

• Babək prospekti (şəhər mərkəzi istiqamətində);

• Ziya Bünyadov prospekti;

• Nobel prospekti.

• Badamdar (maşın bazarının yanı).

Qeyd edək ki, Azərbaycanda “Super” markalı yanacağın satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,60 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019