Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Energetika Nazirliyində islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib - FOTO
Tarix: 08.06.2019 | Saat: 14:28:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən hafta.az-a bildirilib ki, iclasda Energetika Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına dair müzakirələr aparılıb.

Həmin Sərəncamın energetika sektorunun hərtərəfli və müasir tələblərə uyğun inkişafı üçün zəmin yaratdığını deyən P.Şahbazov bildirib ki, bu sahədə islahatların aparılması üçün təkliflərin verilməsinin Energetika Nazirliyinə həvalə edilməsi ilə naziriliyin üzərinə böyük məsuliyyət düşür: “Sərəncamda elektroenergetika, bərpaolunan enerji, qaz, istilik təchizatı sahələri, səmərəlilik, o cümlədən “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” və müvafiq qanun layihələri üzrə təkliflərin hazırlanması üçün konkret müddətlər nəzərdə tutulub. Beynəlxalq təcrübə nəzərə alınmaqla bu işlərin vaxtında yerinə yetirilməsi üçün bütün istiqamətlər üzrə qısa müddətdə işçi qrupları yaradılmalı, konkret vəzifələr müəyyənləşidirilməli və Tədbirlər Planı qəbul edilməlidir”, - deyə nazir əlavə edib.

İclasda Sərəncamdan irəli gələn vəzifələr üzrə kollegiya üzvlərinin təklifləri dinlənilib, nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Yekunda “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planının hazırlanmasına və işçi qruplarının yaradılmasına qərar verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
“Nəsimi ili” ilə bağlı elan edilən fərdi jurnalist yazıları müsabiqəsi davam edir
O qaloşu gənc qızlara sürtən kişi özünü nemət içində hiss edir - İLAHİYYATÇI
Ermənistan işğalçı dövlət olduğunu etiraf etdi - XİN
Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb
“Azərsu”nun mütəxəssisləri Ludviqşafendə təlimlərdə iştirak ediblər
Növbəti özəlləşdirmə hərracına 77 əmlak çıxarılıb
Xəstəxanada baş verən dəhşətli qətlin şok təfərrüatları: Keçmiş ərinin təklifini geri çevirdiyinə görə
Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub
Avtomobilin şassi nömrəsinin saxta olduğu müəyyən edilib