Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şahin Mustafayev Sankt-Peterburqda Rusiyanın iqtisadi inkişaf naziri ilə görüşüb - FOTO
Tarix: 08.06.2019 | Saat: 15:10:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Sankt-Peterburqda keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

M.Oreşkin Ş.Mustafayevi Sankt-Peterburqda görməkdən, forumda Azərbaycanın iştirakından məmnunluğunu ifadə edib. O, builki forumun Azərbaycan üçün məhsuldar olacağına əminliyini ifadə edib. Rusiyalı nazir iki ölkə arasında təkcə ticarət sahəsində deyil, digər sahələrdə də birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb.

Ş.Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. Keçən il ticarət dövriyyəsində təxminən 19 faiz, bu ilin birinci rübündə isə 23 faiz artım müşahidə olunub. Nazir rusiyalı həmkarı ilə görüşün iki ölkənin həyata keçirdiyi layihələrin daha da təkmilləşdirilməsi baxımında çox önəmli olacağına əminliyini ifadə edib.

Sankt-Peterburq forumunda Azərbaycan geniş tərkibdə təmsil olunduğunu deyən Ş.Mustafayev əlavə edib ki, forum çərçivəsində bir necə müqavilə imzalanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığa dair danışıqlar aparılıb, razılıq əldə edilib. Nazir Leninqrad vilayəti ilə əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019