Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəstəxanada baş verən dəhşətli qətlin şok təfərrüatları: Keçmiş ərinin təklifini geri çevirdiyinə görə
Tarix: 10.06.2019 | Saat: 13:15:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda 39 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını kəsib. O hadisə yerindəcə keçinib. Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Hafta.az-ın əməkdaşı hadisə yerində olub və təfərrüatları öyrənməyə çalışıb. Məlum olub ki, xəstəxanada sanitar vəzifəsində çalışan 1978-ci il təvəllüdlü Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, elə qətl də Xavər İbrahimovanın xəstəxanın həyətindəki yaşıllıq əraziyə getdiyi zaman baş verib.

 Belə ki, Faiq İbrahimov özündən iki yaş böyük həyat yoldaşını nisbətən insanlardan uzaq və sakit bir məkana - ağaclığa doğru gəlməyi tələb edib. Mərhum sanitar isə həyat yoldaşının sözünü yerə salmayıb və adıçəkilən əraziyə gəlib.

Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca gediblər. Bu zaman qadını başı kəsilmiş, ürəyi bıçaqlanmış vəziyyətdə görüblər.

Məlum olub ki, Xavər İbrahimova həyətdə mübahisə edən zaman keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimov tərəfindən bıçaqlanıb.

O, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub.

Hadisə ilə bağlı hafta.az-a açıqlama verən xəstəxananın baş həkimi Yusif Əliyevin sözlərinə görə, mərhum Xavər İbrahimova 3 bıçaq zərbəsi alıb. Bu zərbələrdən 2-si döş qəfəsi, biri isə boğaz nahiyəsinə endirilib: “Zərbələr nəticəsində mərhumun arteriya damarı kəsilib. Olaydan iki dəqiqə sonra isə Xavər İbrahimova hadisə yerindəcə keçinib”.

Baş həkim həmçinin bildirdi ki, hadisəni törədən şəxs mərhumun keçmiş yox, indiki həyat yoldaşıdır: "Onun bir həyat yoldaşı olub. Hadisəni eşidən kimi, mərhumun meyidini içəri götürdük. Nəbzini yoxlayanda artıq keçinmişdi. Çünki boğazı kəsilmiş adamın maksimal yaşama müddəti iki dəqiqədir. Meyid artıq morqa təhvil verilib".

Baş həkim onu da vurğuladı ki, hadisə barədə dərhal hüquq-mühafizə orqanları məlumatlandırılıb. Olay yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq əməliyyatları aparılır.

Hadisə şahidi Gülbala Əliyev hafta.az-a olayın təffərrüatları barədə məlumat verib. Onun sözlərinə görə, olay təxminən səhər saat 9-10 radələrində baş verib: "Qadın qətli törədən şəxsə yvaxınlaşan kimi həyat yoldaşı ona 3 bıçaq zərbəsi vurub. Mühafizəçilər çatana qədər qaçıb gedib polisə təslim olub. Bunlar əvvəllər uzun müddət nikahdan kənar bir yerdə yaşayıblar, övladları yoxdur. Müəyyən müddət sonra ayrılıblar. İş yoldaşları danışırdılar. Sonra yenidən birləşmək istəyiblər".

Hadisə şahidlərinin sözlərinə görə qətlin baş verməsinin əsas səbəbi qısqanclıq olub. Belə ki, mərhum həyat yoldaşının yenidən bir araya gəlmək təklifinə yox cavabı verib. Bunun nəticəsində isə qətl törədilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019