Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan işğalçı dövlət olduğunu etiraf etdi - XİN
Tarix: 10.06.2019 | Saat: 21:18:00
Bölmə:Gündəm | çapa göndər

Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur.

Bunu Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim etməsi ilə bağlı bu ölkənin Müdafiə Nazirliyinin məlumatına münasibət bildirərkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayevanın sözlərinə görə, aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır:

"Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur.

Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - FOTO
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Bu günədək 499,28 ton yaş barama təhvil verilib
Orduda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - FOTO
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək