Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aeroport yolunda 7 maşın toqquşdu - GÜNÜN TƏZADLARI
Tarix: 10.06.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bazar ertəsi Bakıda baş vermiş dəhşətli qəzanın görüntüləri şəhər təhlükəsizlik kameralarına düşdü. Hafta.az yazır ki, bu haqda Avtosfer.az xəbər yayıb. Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır. Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn “VAZ 21 99” markalı maşın çırpılır. Eyni anda 7 avtomobil zərbənin nəticəsində bir-birinə dəyir. Onlardan ikisi aşır.

Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamamsıdır. Həmçinin, tələsərək digərinin yoluna çıxmaq da anoloji qəzaların əsas səbəbidir.


Anası onu incitdiyinə görə, 57 yaşlı kişi aclığa başladı


Belçikanın Liege şəhərində yaşayan 57 yaşlı bir kişi 84 yaşlı anasının ona daim şiddət tətbiq etdiyini bildirərək, aclıq aksiyasına başladı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, anası sözlü hücumla yanaşı, ona tez-tez bıçaq və kəmərlə zərbələr endirir. O, yaşadıqlarını hər kəsin bilməsini istəyir. Lucienne adlı 84 yaşlı qadın isə oğluna şiddət göstərdiyini inkar etməyib. Fransız dilində yayımlanan “La Capitale” qəzetinə danışan Lucienne oğluna nifrət etdyini deyib. Dünyaya gəldiyi gündən bu günə oğlu Françoisi heç sevmədiyini bildirən belçikalı ana “Digər uşaqlarım üçün yaxşı bir anayam. Onları görmək istəyirəm, amma buna nifrət edirəm”, – söyləyib.


Ronaldu xəstə uşağa görə avtobusu saxlatdı


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırdı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub. Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində “Kriştianu Ronaldu, qucaqla məni” sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib. Uşağı görən Ronaldu sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib.


ABŞ-da iki gündə iki sabiq senator özünü güllələdi


Hafta.az yazır ki, Axar.az-ın “CNN”ə istinadla verdiyi xəbərdə belə deyilir. ABŞ-ın özünü güllələyən iki sabiq senatorundan biri olan Conatan Nikols öz evində güllə yarasından dünyasını dəyişib. O, Oklahoma ştatının senatoru (2001-2013) olub. Evli və 2 qız atası olan sabiq senator xalq arasında rəğbət qazanmışdı. Mərkəzi Litl-Rok olan Arkanzas ştatının sabiq senatoru, xanım Linda Kollins-Smithun da iki uşağı vardı. O, 2019-cu ilin yanvarına kimi (2015-2019) ştatın senatoru olub. Meyiti evinin yaxınlığında tapılıb. Polis bildirib ki, o, bir neçə güllə yarası alıb. Böyük ehtimalla özünə qəsd edib. Hazırda hər iki hadisə ilə bağlı istintaq gedir.


Sumqayıtda mənzildən iki maşın zibil çıxarıldı


Sumqayıt şəhərində zibil içində olan mənzil təmizləndi. Hafta.az yazır ki, "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bunu 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət mətbuatda işıqlanandan dərhal sonra aidiyyəti təşkilatlar hərəkətə keçib. Mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb. Hazırda həmin ev təmizdir və heç bir üfunət iyindən söhbət gedə bilməz. Ancaq yaşlı qadın üçün Təcili Tibbi Yardım avtomobili çağırılsa da, həmin ünvana həkim briqadası gəlməyib. Xəstəxana və əsəb dispanseri xəstə qadını qəbul etməyib. MİS-in nümayəndəsi qeyd edib ki, ev təmizlənərkən diqqətiçəkən məqam olub. Mənzilin bir otağında dini kitablar və “Qurani-Kərim” kitabları aşkarlanıb. Məlumat üçün bildirək ki, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan ailədən gedir. Qonşuların bildirdiyinə görə, psixi problemi olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır. Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etmişdilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019