Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Göy uşağı” uğurla əməliyyat edilib - Bakıda-FOTO
Tarix: 11.06.2019 | Saat: 10:28:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan körpə sağlamlığına qovuşub.

Hafta.az xəbər verir ki, universitetdən mətbuata verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov “Fallo tetradası”ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib.

Cərrah “Fallo tetradası”nın 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsuru olduğunu söyləyib.

Onun sözlərinə görə, bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir. Bu zaman dəri və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaqların" inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalır. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstələr huşunu itirə bilər.

“Fallo tetradası”ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirməsi müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır.

Müalicə yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub. Medikamentoz müalicəyə baxmayaraq, uşaqda son aylar çəki artımı dayanıb, göyərmə tutması tezliyi isə çoxalıb. Kardiocərrah R.Həsənovun dediyinə görə, xəstənin dərhal əməliyyat olunmasına qərar verilib:

“Əməliyyat zamanı aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə mədəciklər arasındakı dəliyi bağladıq. Sağ mədəciyin çıxış yolundakı darlığı pulmonar qapağı qoruyaraq aradan qaldırdıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Xəstə 3 gün reanimasiyada təqib edildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirildi”.

Həkim bidirir ki, uşaq əməliyyatdan 10 gün sonra evə yazılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019