Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək
Tarix: 11.06.2019 | Saat: 11:48:00
Bölmə:Gündəm | çapa göndər

AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.

Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Xahiş edirik əlavə məlumat üçün [email protected] elektron poçtuna müraciət edəsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib - FOTO
Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər - XİN
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi
Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - FOTO
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib