Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıya Türkiyədən 300 ədəd müasir avtobus gətiriləcək - BNA
Tarix: 11.06.2019 | Saat: 11:34:00
Bölmə:Sosial | çapa göndər

Artıq qızmar yay günləri başlayıb. Bununla da Bakı sakinlərini narahat edən əsas problemlərdən olan standartlara cavab verməyən avtobusların hələ də marşrut xətlərində istifadəsi öz həllini tam olaraq tapmayıb. Müvafiq qurumlar avtobuslarda gediş haqlarının artırılmasının bu problemin həllini sürətləndirəcəyini bildirirdilər. Lakin müşahidələrimiz hələ də sözügedən sahədə kifayət qədər çatışmazlıqların qaldığını göstərir.

Düzdür, artıq bir neçə ildir ki, paytaxt Bakıda müasir, komfortlu avtobuslar fəaliyyət göstərir. Lakin bu tipli avtobusların sayının az olması marşrut sahiblərinin qiymət artımına baxmayaraq yenidən köhnə avtobuslardan istifadəyə üstünlük verməsi bir daha məsələnin ictimailəşdirilməsini tələb edir.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Bakıya yeni avtobusların gətiriləcəyini bildirmişdi. Qurum rəhbəri yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğunda olmasını və 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacağını bildirmişdi.

Məsələ ilə bağlı hafta.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, yeni avtobusların alınması ilə bağlı tender işləri artıq yekunlaşıb. Türkiyənin "BMC" şirkətinin buraxdığı 300 ədəd müasir, komfortlu  avtobuslar Bakıya gətirilməsi nəzərdə tutulub:

“Avtobus parkının yenilənməsi işləri çərçivəsində artıq bu problemlər öz həllini tapacaq. Ötən ilin avqust ayında cənab Prezident tərəfindən bununla bağlı vəsaitin ayrılması ilə bağlı müvafiq sərəncam da imzalanıb. Bu avtobuslar “Euro-6” standartlarına tam cavab verir. Sərinləndirmə-havalandırma-isitmə sistemləri mövcuddur. Bu sistemin olması sərnişinlərin rahatlığı üçün çox vacibdir. Nazirlər kabinetinin 4 mart 2019 ci il, 73 saylı qərarında bu məsələ öz əksini tapıb. Bu gün hazırda istismarda olan avtobusların 20-25 faizində müasir standartlara uyğun olan sərinləndirmə-isitmə-havalandırma mövcuddur, digərlərində isə yox idi. Ancaq yeni avtobusların gətirilməsindən sonra bu faiz göstəricilərində dəyişiklik olacaq. Növbəti illərdə avtobus parkının yenilənməsi işləri davam edəcək. Kondisionersiz avtobuslar mərhələ ilə xəttən kənarlaşdırılacaq. Bunun səbəbi təkcə kondisionerin olmaması ilə əlaqəli deyil, həmçinin onların çoxu istismar müddətini başa vurduğu üçün, standartlara cavab verməyən avtobuslardır ki, onlar da ən müasir avtobuslarla əvəzlənəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019