Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistan ordusunun açdığı hər bir atəşə görə məsuliyyəti Paşinyan daşıyır” – Nəzakət Məmmədova
Tarix: 11.06.2019 | Saat: 12:19:00
Bölmə:Siyasət | çapa göndər

Son günlər Ermənistan ordusunun cəbhədəki təxribatları bir-birini əvəz edir. Axırıncı bir həftə ərzində Azərbaycan Ordusu iki hərbçisini itirib. Onlardan biri mayor Aqil Ömərov, digəri isə ötən gün snayper atəşindən sonra şəhid olan Elşən Xəlilovdur. Azərbaycan Ordusunun mayoru ATƏT-in Minsk qrupunun regiona səfəri zamanı şəhid edildi. Bu hadisə ilə işğalçılar yenə də snayper atəşi ilə sülh prosesini nişan aldıqlarını göstərmiş oldular. Bu da o deməkdir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının konstruktiv məcrada davam etdirilməsini istəmir.

Ermənistanın müdafiə naziri David Tonoyan isə həyasız bir bəyanat verdi. Təsdiqlədi ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Hətta o, bu əmliyyatı icra edən erməni hərbçilərini yüksək mükafatlandırıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə ayrı hava çalmaqdadır. Xatirinizdədirsə, Sankt Peterburqdakı forum zamanı o, işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması bardə sualı təkzib etmişdi. Ardınca bu ölkənin müdafiə nazirinin belə bir açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitadiyasdır. Azərbaycanlı ekspertlər düşünür ki, istənilən halda Ermənistan öz yalanları ilə nə artıq həmsədrləri, həm də beynəlxalq ictimaiyyəti aldada bilmir.

Gələk məslənin ikinci tərəfinə. Atəşkəsin son günlər pozulması və Ermənistanın baş naziri ilə müdafiə nazirinin verdiyi bəyanatlar arasındakı ziddiyət bir qaranlıq məqama işıq tutmağa bəs edir. Görünən odur ki, Paşinyan Dağlıq Qarabağdakı separatçılarla burun-burunadır. Onun hakimiyyətdən devirdiyi Köçəryan-Sarkisyan rejiminin qalıqları hazırda Dağlıq Qarabağda at oynatmağa başlayıb. Yəni, Ermənistanın baş nazirini nə saya salır, nə də dinləyirlər. İkitirəlik yaranıb. Nikol Paşinyan üçüncü qüvvənin ismarışlarını yerinə yetirən separatçılarla dil tapmağa çalışsa da hələlik bu mümkün deyil. İrəvanla Xankəndindəki separatçı rejim arasındakı fikir ayrıseçkiliyi Paşinyanı da qorxuya salıb. Çünki Qarabağdakı təxribatlara Azərbaycan Ordusunun istənilən cavabı Ermənistanın baş nazirinin İrəvandakı nüfuzunu kəllə-paça vəziyyətinə gətirə bilər.

Bu arada "Vahid Ermənistan" blokunun (VEB) həmsədri Ahoran Adibkeyan hayeli.am saytına açıqlamasında maraqlı məqama toxunub. VEB-in həmsədri bir müddət öncə baş nazirin Dağlıq Qarabağ cəbhəsində “hərbi xidmət keçən” oğlunun Ermənistana aparmasının səbəblərinə toxunub: "Paşinyan oğlunu Cəbrayıldan ona görə Tsekanakertdəki dəftərxana bölüyünə göndərdi ki, "Qarabağ klanı"na güvənmirdi. Hətta oğluna qarşı süi-qəsd təhlükəsi də var idi. Ermənistanın baş naziri Azərbaycan tərəfindən hücum təhlükəsi gözlədiyinə görə yox, qarabağlılardan qorxduğuna görə bu cür addım atdı. Hətta "Qarabağ klanı"nın Paşinyana qarşı "soyuq duş" təxribatı da qaçılmazdır. Baxın, o zaman Azərbaycan bundan yararlana bilər. Bakının hələlik susmağı və pusquda dayanması bununla izah olunmalıdır".

Ermənistandakı hazırkı hakimiyyətlə “Qarabağ klanı” arasındakı vəziyyyət baş verən tabesizlik əlaqəsi, “klan”ın Paşinyana “əzələ nümayişi” və bunun nəticəsində cəbhədə təxribatlar törətməsinə və bu yolla da Paşinyanın devrilməsinə yol açmaq ola bilərmi? Təxribat əmrini Paşinyanın təyin etdiyi və özünün də təsdiq etdiyi kimi müdafiə naziri Tanoyan verir yoxsa, separatçılar? Bəlkə Tanoyan “əmri mən verdim” deməklə xalqa mesaj ötürür ki, separatçılar nəzarətimizdədir? Durum kifayət qədər qarışıqdır. İstənilən halda bütün məsuliyyət baş nazir kimi Paşinyanın üzərindədir. Erməni ekspertlər də Paşinyanın ikitirəliyə son qoya bilməməsini və “qalstukunu çeynədiyini” etiraf edirlər. Çünki danışıqlar prosesində dalana dirənmə rəsmi Bakının səbr kasasını daşıra bilər. 

Cəbhədə son təxribatlara və Ermənistan ordusunun atəşkəs dövründə farağat dayanmamasının səbəblərinə toxunan politoloq Nəzakət Məmmədova hafta.az-a açıqlamasında deyib ki, hər nə baş versə bu Nikol Paşinyanın məsuliyyətini azaltmır. Ermənistanın baş nazirinin Dağlıq Qarabağdakı separatçılara nəzarət edib edə bilməməsi isə başqa mövzudur: “Amma bu da Paşinyanın məsuliyyətini azaltmır. Konstitusiyaya görə silahlı qüvvələrin ali baş komandanı Nikol Paşinyandır. Atəşkəs dövründə Ermənistan ordusunun açdığı hər bir atəşə görə birbaşa məsuliyyəti işğalçı ölkənin baş naziri daşıyır. Aydındır ki, hazırda Nikol Paşinyan faktiki olaraq Ermənistan ordusu üzərində heç bir səlahiyyətə malik deyil. Ermənistan ordusu Rusiyanın nəzarətindədir. Bu faktı təsdiqləyən bir sıra sübutlar var. Onlardan biri də budur ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu 1 il 2 ay ərzində orduda heç bir kadr dəyişikliyi apara bilməyib. Yəni, öz adamlarını orduya yerləşdirməkdə çətinlik çəkib. Ordu onun nəzarətində deyil. Paşinyanın orduya heç bir sözü keçmir”.

Politoloqun fikrincə Ermənistanın baş naziri ilə “Qarabağ klanı” arasındakı siyasi mübarizə siyasi meydanda da özünü göstərir. Nəzakət Məmmədova da hesab edir ki, atəşkəs dövründə baş verən bütün təxribatların arxasında “Qarabağ klanı” dayanır: “Bütün təxribatlar separatçı rejimin yastığının altından çıxır. Paşinyan da bunun fərqindədir. Atəşkəsin pozulması həm də Paşinyanın özünə qarşı təxribatdır. Çünki atəşkəs pozulmağa davam edərsə, Azərbaycan istənilən an buna cavab verə bilər. Azərbaycan tərəfi təxribatlara cavab verərsə, o zaman aprel döyüşləri təkrarlana bilər. Bu da Ermənistanın baş nazirinin mövqeyini dərindən sarsıdacaq. Yəni, bu baş versə Nikol Paşinyanın ölkəsindəki nüfuzu alt-üst olacaq. Serj Sarkisyanın hakimiyyətdən getməmişdən öncə nüfuzunun xeyli aşağı düşməsində aprel döyüşlərinin rolu böyük idi. Əgər qarşı tərəf atəşkəsi pozmağa davam edərsə və Azərbaycan Ordusu buna cavab versə təbii ki, Ermənistan məğlubiyyətə uğrayacaq. Bu da Nikol Paşinyanın reytinqinə təsir göstərəcək. İstənilən halda bu cür təxribatlar Paşinyanın özünə qarşıdır. Rəqibləri istənilən vaxt yaranmış situasiyadan onun özünə qarşı istifadə edə bilərlər. Azərbaycana qarşı təxribatın cavabı verilsə, bunun Ermənistandakı ictimai-siyasi təsiri qaçılmaz olacaq”.

Siyasi ekspert düşünür ki, hazırda Rusiyanın əlində olan Ermənistan ordusu Nikol Paşinyana qarşı ən böyük gücdür. Həm ordu daxilində, həm də Azərbaycanla münasibətlərdə təxribatlarla əl ataraq Nikol Paşinyanı devirə bilərlər: “Paşinyan da bunu görür və başa düşür. Bunun qarşısını almaq üçün çarələr axtarır. Ona görə də Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimi devirməyə çalışır. Özü də bunu rəngli inqilab yolu ilə etməyin yollarını axtarırır. Özü hansı yolla hakimiyyətə gəlmişdisə, separatçıları o cür neytrallaşdırmağı düşünür. Paşinyan Qarabağdakı separatçılarla baş edə bilməyəcəyini, onlarla bir yana çıxmağın mümkünsüzlüyünün fərqindədir. Əksinə, hazırkı durum Ermənistanın baş nazirinin əl-qolunu bağlayır. Ona bir maneədir. Xatirinizdədirsə, Paşinyan bu ilin aprelində Avropa Şurasında çıxışı zamanı Qərb təşkilatlarını Dağlıq Qarabağdakı qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətlərinə qrant ayırmağa çağırdı. Bu o deməkdir ki, onlara pul verin, öz tərəfinizə çəkin. Bunun da nəticəsində sabah Dağlıq Qarabağda da rəngli inqilab baş versin. Separatçı rejim devrilsin. Onun yerinə Qərbə, Paşinyana yaxın, daha loyal mövqedə duran bir qüvvə hakimiyyətə gəlsin. Yəni, bu mübarizə gedir. Bu mübarizənin nəticələrini görəcəyik. Əgər Nikol Paşinyan Qarabağdakı separatçıları devirə bilsə o zaman münaqişənin həlli tamam başqa istiqamətə gedə bilər. Qarabağ kartı Rusiyanın əlindən tamamilə çıxar. Təşəbbüs Amerikanın əlinə keçər. Bundan sonra münaqişənin həlli ilə bağlı müsbət tendensiyalar, ümidverici nüanslar ortaya çıxa bilər".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib - FOTO
Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər - XİN
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi
Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - FOTO
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib