Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ulu öndər 15 iyunda xalqımızı uçurumdan xilas etdi” – Sona Əliyeva
Tarix: 11.06.2019 | Saat: 12:56:00
Bölmə:Siyasət | çapa göndər

“1993-cü ilin 15 iyunundan sonra Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Ümummilli liderin siyasi təcrübəsi, qətiyyəti nəticəsində faktiki parçalanmaqda olan ölkənin yenidən dirçəlişi başladı. Separatçılıq meylləri neytrallaşdırıldı. Dövlət çevrilişi etmək istəyənlərin xain planları puça çıxarıldı. Bütün bunların öhdəsindən o zaman siyasi meydanda təkbaşına mübarizə aparan ümummilli liderimiz layiqincə gəldi. Ölkəmiz sanki yenidən doğuldu. Əsl müstəqilliyimiz, qurtuluşumuz da məhz həmin 15 iyun tarixindən başladı. Ulu öndər 15 iyunda xalqımızı uçurumdan xilas etdi”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva 15 İyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. Millət vəkili bildirib ki, 26 il öncə Heydər Əliyev fenomeni xalqın təkidi və israrlı tələbi ilə hakimiyyətə gəlməsəydi, indi vəziyyət tamamilə başqa cür olacaqdı: “Ölkədə siyasi sabitlik yox idi. Müharibə gedirdi. Erməni işğalçıları Azərbaycandakı hakimiyyət davasından, o zaman iqtidarda təmsil olunan AXC-Müsavat cütlüyünün səriştəsizliyindən istiadə edərək torpaqlarımızı işğal edirdi. Separatçı dəstələr baş qaldırmışdı. Gəncədə, cənub bölgəsində, şimalda dövlət hakimiyyəti demək olar ki, yox idi. Nəticədə Azərbaycan xalqının yetişdirdiyi böyük siyasi xadim səhnəyə çıxdı. Qısa müddətdə vəziyyəti ələ aldı. Ölkə vətəndaş müharibəsindən xilas oldu. Dörd-beş ay sonra uğurlu Horadiz əməliyyatı ilə Füzuli-Cəbrayıl istiqamətində torpaqlarımızın bir hissəsi azad edildi. Məcburi köçkünlərimizin xeyli hissəsi öz ata-baba yurdlarına qayıtdı. Ermənistanla atəşkəs imzalandı. Nizami ordu quruculuğuna başlandı. Əsrin müqaviləsindən sonra Azərbaycanda dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Ölkəmizə inam artdı. İnvestorlar Azərbaycanda irihəcmli layihələr həyata keçirməyə başladı. Qeyri-neft sektorunun inkişafı istiqamətində ilkin təməllər atıldı. Bütün bunlar ümummilli liderin 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra baş verdi. Bu gün cənab prezident İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq qalaraq, düşünülmüş, uzaqgörən siyasəti ilə dövlətçiliyimizi daha da möhkəmləndirir. Azərbaycan artıq dünyada böyük nüfuz sahibi olan ölkədir. Etibarlı tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bunlar 15 iyun tarixindən sonra başlanan işıqlı yolun tərkib hissəsi və davamıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019