Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistan üzərinə götürdüyü öhdəliyin heç birinə əməl etmir” – Qabil Hüseynli
Tarix: 11.06.2019 | Saat: 14:48:00
Bölmə:Siyasət | çapa göndər

“Son günlər cəbhə xəttində atəşkəsin birtərəfli qaydada Ermənistan silahlı birləşmələri tərəfindən pozulması təxribatdır. Çünki Düşənbə və Sankt-Peterburqda snayperlərin cəbhə xəttindən ən azı 1500 metr geriyə çəkilməsi haqqında razılaşma əldə edilmişdi. Amma Ermənistan bu razılaşmanın bir bəndinə də əməl etmədi. Öldürülən son iki hərbçimiz snayper atəşinin qurbanı olub”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Son günlər işğalçı ordunun Dağlıq Qarabağ cəbhəsində təxribat əməllərinin siyasi pərdəarxasını şərh edən siyasi ekspert hesab edir ki, ermənilər üzərlərinə götürdükləri vədin, öhdəliyin heç birinə əməl etmirlər. Məsuliyyəti də üzərlərindən atmağa çalışırlar: “Bir sözlə, son baş verən hadisələr göstərir ki, düşmən ordumuzu təxribata çəkməyə cəhd göstərir. Ermənilərin məqsədi ən azından cəbhə xəttində lokal toqquşma təşkil etməkdir. Bundan əvvəl Nikol Paşinyan Moskvada olub. Putinlə də görüşüb. Görünür Kremldə olarkən Ermənistanın baş nazirinə müəyyən mesajlar verilib. Hər halda Ermənistan bu cür ürəkli tərpənməsinin arxasında onların qəyyumları dayanır. Mən belə hesab edirəm. Qəyyumlarından birinin məsləhəti üzrə hərəkət etdiyi ortadadır. Artıq ordumuz təmas xəttinə yaxın ərazidə bir ayda 4-cü dəfə öz təlimlərini həyata keçirir. Bu təlimlər zamanı qarşı tərəf təxribatlara əl atır. Bu həm də psixoloji təsirdir. Ordumuzu əsl döyüşə təhrik etməkdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019