Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bulvarı “işğal edən” Maraş dondurmaları – FOTO-VİDEO
Tarix: 11.06.2019 | Saat: 16:14:00
Bölmə:Reportaj Video | çapa göndər

Heç axır vaxtlar yolunuz Dənizkənarı Milli Parkdan – bulvardan düşübmü? Nələr baş verdiyindən xəbəriniz varmı? Yoxdursa, baş verənləri hafta.az-ın obyektivindən görün, oxuyun.

Yəqin o da yadınızdadır ki, təxminən bir ay əvvəl deputat Rasim Musabəyov Azneft meydanı tərəfdəki yeraltı keçidlərin birində popkorn satan bir uşağın şəklini çəkib paylaşmışdı. Onu “ətrafa pis qoxulu yağ iyi saçmaqda” günahlandırmışdı. Sonra həmin uşağın popkorn aparatı ilə birgə oradan qovmuşdular. Hətta millət vəkili “uşağın çörəyinə bais olduğu üçün” sosial şəbəkələrdə “linç” olunmuşdu. Sosial fəallar millət vəkilini məktəbli uşağın çörəyinə bais olduğu üçün qınanmışdı. Bunun adı təəssübkeşlik idi. Özü də milli təəssübkeşlik.

Söhbəti milli təəssübkeşlik məsələsinin üstünə gətirməyimin canı var. Yəni, səbəbsiz deyil. Bilirəm, çoxlarınızın bulvarda dondurma satan anadolululardan xəbəriniz var. Maraş dondurması düzəldib satanları deyirəm. Son bir ayda, bulvarda peyda olan bu maraşlı qardaşlarımızı Maraşdan Bakıya gətirən nə idi? Nə oldu ki, birdən-birə bizim yerli dondurma satanlarımız adıçəkilən məkandan yoxa çıxdı. Yerinə Anadolu geyimli dondurma düzəldən əfəndilər təşrif buyurdu? Elə bu sualların arxasına düşüb Bakı bulvarına üz tutduq.

Çiyələkli, vanilli, yoxsa şokoladlı?..

Əvvəla onu deyim ki, təxminən 100-150 metrdən bir Maraş dondurmaçıları özlərinə bir köşk açıb sözün əsl mənasında oynaya – oynaya çörəkpulu qazanırlar. Yerli, “yabançı” müştərilər başı “örpəkli” bu kişilərə yaxınlaşıb dondurma sifariş verirlər.

Hazırolma prosesi haradasa 2-3 dəqiqə çəkir. Bu müddət ərzində iki türkiyəli oğlanın ortasında kassir funksiyasını yerinə yetirən azərbaycanlı “abi” – dondurma 2 manat, çiyələkli, vanilli, yoxsa şokoladlı? – deyib istəkləri soruşur. Sifarişləri yığır. Əgər qarışıq istəyirsənsə, 1 manat da artıq xərc çəkməlisən... Sifariş hazır olanda bu türkiyəli dondurmaçı oğlanlar başlayırlar sifariş verənləri əllərindəki şişə dolamağa.

Deməli, bir metrlik metal şişin ucunda dondurma olur. Əlini uzadıb dondurmasını götürmək istəyən dolanır şişin başına. Şişin ucundakını (dondurmanı –red.) qoparmağa çalışsalar da bir şey çıxmır. Çünki hərəkətlər cəld icra olunur. Hələ yarı türkcə, yarı Azərbaycanca olan atmacaları demirəm...

Təxminən 40-45 saniyəlik məzədən sonra sifarişçi dondurmasını ala bilir. Özü də Anadoludan gəlmiş bu “abilər” böyük-kiçik, qız-gəlin - hamını əllərindəki dondurma şişinə dolayıb sonra yola salırlar.

Türkiyəli oğlanları Bakıya gətirən səbəblər...

Dənizkənarı parkda, Yaxtklubdan üzüaşağı “lövbər salmış” Maraş dondurmaçıları ilə söhbətimizdən belə məlum oldu ki, onların bir qismi buradakı Türkiyə dondurma şirkətlərindən ezam olunub. Bir qismi isə məxsusi olaraq Türkiyədən çağırılıb. Səbəb isə turistlərin əsasən sıx gəldiyi yay dönəmində qonaqları türk dondurması ilə təmin etməkdir. Dünyada tanınan və özünə yer edən Maraş dondurmaları həm hazırlanma qaydasına, həm də dadına görə yerli dondurmaları xeyli geridə qoyur. Türk qardaşlarımız belə deyir. Məhz ona görə də yerli dondurma satanlarımız bulvardan bir neçə yüz metr geriyə “Tarqovı”ya doğru “sürüşməyə” məcbur olub. Maraş dondurması satanların qarşıdakı üç-dörd ay ərzində bulvar ərazisindən gedəcəyi mümkün görünmür. Əldə etdiyimiz məlumata görə, onların gəlirlərindən həm bulvar idarəsi, həm də özləri mənfəət götürür. Ona görə də dondurmaların qiyməti yerli “marojna”larla müqayisədə 2-3 dəfə bahadır.

Bəs bizim dondurmaçılar hara getdi?

Türkiyəli dondurma satanların bulvar ərazisini “işğal” etməsindən sonra onlar ən yaxşı halda iki-üç küçə arxada – Nizami küçəsi və Qubernator bağı istiqamətində özlərinə yer edə biliblər. Yerli dondurma satanlarımız hesab edir ki, onlar Formula 1 yarışları ərəfəsində Bakıya gətirildilər. Əsas məqsəd isə xarici qonaqları xüsusi dondurma dadı ilə sevindirmək idi. Satıcılar etiraf edir ki, türk dondurması ilə müqayisədə yerli dondurmalar dad və keyfiyyət sarıdan geri qalır. Ona görə də maraşlı dondurmaçılar xüsusi sifarişlə Bakıya təşrif buyurub. Əsasən rus dondurma resepti əsasında hazırlanan dondurmalarımız yerli əhali arasında da özünə populyarlıq qazana bilmir. İmkanı olanlar daha yaxşı dondurma markalarına üstünlük verirlər.

Məlumat üçün qeyd edək ki, yerli dondurmaların qiyməti 50 qəpikdən başlayır. Hətta 1 manat 50 qəpiyə də satılan məhsullara rast gəldik.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019