Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm” - Misir Mərdanov
Tarix: 11.06.2019 | Saat: 18:00:00
Bölmə:Sosial | çapa göndər

“Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”.

Bunu “Report”a açıqlamasında institutun səlahiyyət müddəti başa çatmış direktoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.

“Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov “Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” deyib.

O, səhhətinin normal olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.

Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019