Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Restoranda ət müştərilər üçün dronla servis edildi - GÜNÜN TƏZADLARI
Tarix: 11.06.2019 | Saat: 18:20:00
Bölmə:Günün təzadları | çapa göndər

"Saltbae" hərəkəti ilə bütün dünyada tanınan məşhur türk qəssabı Nüsrət bu dəfə də sosial mediadakı paylaşımı ilə təəccübləndirdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir. Nüsrət dəniz sahilindəki bir restoranda əti dron ilə gətirdib və drondan götürərək müştərilər üçün servis edib.


Koreya diktatorunun öldürülmüş qardaşı ABŞ agenti çıxdı


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı, 2017-ci ildə Kuala-Lumpur hava limanında öldürülmüş Kim Çen Nam Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatçısı olduğu bilindi. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, belə bir iddia ilə "The Wall Street Journal" çıxış edib. Nəşri bilgiləndirən mənbənin sözlərinə görə, Kim Çen Inın qardaşı 2 il əvvəl Malayziyada MKİ-nin üzvü ilə görüşməli imiş. "ABŞ-ın kəşfiyyat agentliyi ilə cənab Kim arasında əlaqə vardı", - deyə mənbə bildirib.
Qeyd edilir ki, məlumatçı (Kim Çen Nam – red.) ilə kəşfiyyat orqanının əlaqəli şəxsi arasında görüş Lanqkavi adasında keçirilib. Nəşr güman edir ki, Kim Çen Nam digər ölkələrin də kəşfiyyat orqanları ilə əməkdaşlıq edə bilər.
Qeyd edək ki, Malayziya məhkəməsi aprelin 1-də Şimali Koreyanın lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Txi Xınonqu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.


Nyu-Yorkda vertolyot göydələnə çırpıldı


ABŞ-ın Nyu-York şəhərində vertolyot göydələnə sərt eniş etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, daha biri yaralanıb. Nyu-Yorkun qubernatoru Endrü Kuomo bildirib ki, ilkin məlumatlara görə, vertolyot 54 mərtəbəli ofis binasının damına enib. Vertolyotun enişindən sonra yanğın baş verib. Polisin məlumatına görə, yanğın söndürülüb. Binadan yüzlərlə insan təxliyə edilib.


Ramanada avtomobil eyni anda 3 nəfəri vurdu


Bakıda minik avtomobili 3 piyadanı vurdu. Hafta.az yazır ki, APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, "Şuşa" şəhərciyində baş verib. Minik avtomobili 3 piyadanı vurub. Yaralılar dərhal 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya piyadaların xəsarətinin yüngül olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019