Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" öz işinə başlayıb
Tarix: 12.06.2019 | Saat: 10:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İyulun 12-də Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" öz işinə başlayıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə 91 ölkənin gömrük və şərhə xidməti orqanlarının, biznes, hökumət sektorunun 500-ə qədər nümayəndəsi qatılıb.

Tədbiri giriş sözü ilə baş nazir Novruz Məmmədov açıb. O, ölkə başçısı İlham Əliyevin konfrans istirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra baş nazir konfransın əhəmiyyəti və son illərdə ölkəmizin keçdiyi inkişaf yolundan bəhs edib.

Daha sonra DGK-nın sədri Səfər Mehdiyev paytaxtımızda keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirib. ÜGT-nin baş katibi Kunio Mikuriya Azərbaycanın son illərdə gömrük sahəsində qazandığı naliyyətləri təqdir edib.

Konfrans 4 işçi dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində aparılır.

Tədbir iyunun 15-nə qədər davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019