Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"ÜGT-nın beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır" - Novruz Məmmədov
Tarix: 12.06.2019 | Saat: 10:28:00
Bölmə:İqtisadiyyat | çapa göndər

"Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir:

“Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş Nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan infrastruktura böyük həcmdə vəsait qoyub”.

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019