Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AQTA əməkdaşları fermerlərlə görüşüb
Tarix: 12.06.2019 | Saat: 12:29:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu ərazisində pambıqçılıqla məşğul olan fermerlərlə görüşüblər.

AQTA-dan hafta.az-a verilən məlumata görə, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının mütəxəsisləri, Azərbaycan Gübrə İdxalçıları və İstehsalçıları Assosasiyasının əməkdaşları və xarici mütəxəsislər də iştirak ediblər.

Görüş çərçivəsində mütəxəssislər fermerlərə pambıq əkinlərində inteqrir mübarizə barədə geniş məlumat veriblər. Bildirilib ki, inteqrir mübarizə zamanı pambığın başlıca zərərli orqanizmləri əsas götürülərək mübarizə aparılır.

Qeyd olunub ki, pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası, pambıq mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. AQTA əməkdaşları tərəfindən sadalanan zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərləri və mübarizə üsulları barəsində fermerlərə geniş məlumatlar və tövsiyələr verilib.

Eyni zamanda görüşdə mütəxəssislər fermerlərə kimyəvi mübarizə zamanı pestisidlərin tətbiqi reqlamentinə, təhlükəsizlik qaydalarına və ictimai təhlükəsizlik haqqında təlimata ciddi əməl olunmasının zəruruliyini çardırıb.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019