Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Misir kitabxanasında Nəsiminin əlyazmaları tapıldı
Tarix: 12.06.2019 | Saat: 11:40:00
Bölmə:Mədəniyyət | çapa göndər

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını aşka edib.

Bu barədə Hafta.az-a məlumat verən S.Nəsirov deyib ki, Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) apardığı tədqiqatlar zamanı Nəsiminin əlyazmalarını ortaya çıxarıb. O, əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.
Azərbaycan dilində olan əlyazmanın uzərində "Nəsimi Külliyatı" yazılıb. Bu külliyat şeir və nəsrdən ibarətdir. Aralarında qəzəllərin də olduğu şeirlərin çoxu rubai və məsnəvi üslübünda yazılıb. Nəsrlər isə əsasən öyüd-nəsihət və peyğəmbərin əhli beytindən bəhs edir.

S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şeirlərin olması olub. 254 vərəqdən ibarət əlyazma kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunub.

Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şerlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xəttilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu isə 16 sm-dır və sayı 86-dır.

S.Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrə həsr olunmuş onlarla məqalənin müəllifidir.

Qeyd edək ki, “Misir Kitablar Evi” dünyanın ən məşhur kitabxanalarındandır.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019