Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Milli qurtuluş fəlsəfəsi Azərbaycanın müstəqilliyini təmin etdi"- Millət Vəkili
Tarix: 12.06.2019 | Saat: 12:06:00
Bölmə:Siyasət | çapa göndər

1991-ci ildə Azərbaycan Respublikası öz azadlığını əldə etdi. Azadlıq əldə edilsə də uğursuz siyasətlər, hakimiyyətdə yaranan boşluqlar ölkəmiz üçün heç də ucuz başa gəlmədi. Erməni kimi təcavüzkar bir qonşumuz bu boşluqdan istifadə etməyi də qaçırtmadı. Lakin ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bu ağır vəziyyətlərdən qurtuldu.

15 iyun Azərbaycan xalqının milli qurtuluş gününun mahiyyətini hafta.az-a şərh edən millət vəkili Kamilə Əliyeva dedi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu:

“Biz həqiqətən xoşbəxt bir xalqıq ki, ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətimiz olub. Məhz onun sayəsində bu günki inkişaf etmiş Azərbaycan Respublikası xəritədən silinməyib. Heydər Əliyevə qədərki hakimiyyətin məsuliyyətsiliyi, səriştəziliyi hesabına Azərbaycan bəlkə də birdəfəlik xəritədən silinə bilərdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Bu bütöv bir Azərbaycanın qürurverici bir günüdür. Mən 15 iyun qurtuluş günü münasibəti ilə xalqımızı təbrik edirəm. Ulu Öndərin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevə da bu yolda uğur arzulayıram. Ölkəmizi istəmiyən qüvvələr gec-tez anlayacaqlar ki, bu gün Azərbaycan dövlətinin adı Prezident İlham Əliyevin siyasəti nəticəsində ən yüksək yerlərdə çəkilir. Ümid edirəm bu uğurlu siyasət hər zaman davam edəcək”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019