Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi" - Professor
Tarix: 13.06.2019 | Saat: 12:04:00
Bölmə:Siyasət | çapa göndər

1993-cü ildən ötən 10 il ərzində həm daxili həm də xarici siyasət tarazlaşdırıldı, dövlətimizin dünya siyasətində rolu artdı, Azərbaycan rəqabətədavamlı ölkə oldu. Azərbaycan xalqının sabaha ümidi yarandı, nikbinliyi artdı.

Bu sözləri hafta.az-a Milli Məclisin deputatı Musa Qasımlı 15 iyun ölkəmizin Qurtuluş gününü şərh edərkən deyib.

Professorun fikrincə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb:

"Hansı sistemdə və rejimdə yaşamasından asılı olmayaraq Azərbaycan xalqı daim müstəqilliyə can atıb. Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu Öndər müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar atdı, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi".

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019